BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
7440

Xəbər verdiyimiz kimi, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiklərinə görə cərimələniblər. Sosial şəbəkələrdə isə Milli Məclisin deputatlarının və Ombudsmanın cərimələnməsini toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndiriblər.

Valyuta.Az xəbər verir ki, məsələ ilə bağlı vəkil Tural Şükürov "Qafqazinfo”ya açıqlama verib. Onun sözlərinə görə, deputatların toxunulmazlıq hüququ yalnız məhkəmə qaydasında olan inzibati xətalarla bağlı qüvvədə olur:

"Konstitusiyamızın 90-cı maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Yəni məhkəmə qaydasında olan inzibati xətalarla bağlı onlar məsuliyyətə cəlb edilə bilməz.

Ancaq digər orqanlar da inzibati xətalara baxır və tənbeh tədbirləri seçirlər. Məsələn, Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanları da inzibati tənbeh tədbirləri görə bilərlər.

211-ci maddəyə gəldikdə isə, İnzibati Xətalar Məcəlləsində 211.1-ci maddəyə məhkəmə baxır.

211.2 – Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması halına isə məhkəmə baxmır. Deputat bu maddə üzrə toxunulmazlıq hüququndan istifadə edə bilməyəcək. Polis ona 211.1 maddəsi üzrə protokol tərtib edib məhkəməyə işi göndərə bilməz. Artıq orada onun toxunulmazlığı hüququndan istifadə olunacaq.

Məhkəmə qaydasında olan tənbehlər bir qədər ağır - həbslə nəticələnən xətalar və ya cinayətlər olur. Bu halda müəyyən rəsmiləşdirmə işləri gedir: prokuror təlimat göndərir, araşdırma aparılır, deputatın mandatı əlindən alınır. Bu, ağır proses olduğuna görə, Siyavuş Novruzov da məhkəmə qaydasında cərimələnməyib.

Onlar yalnız 211.2-ci maddə üzrə cərimələniblər”.

Tanınmış vəkil Cavad Cavadov da "Facebook"da məsələyə münasibət bildirib: 

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan respublikasının Konstitusiya qanununun 6.2. maddəsinə əsasən Müvəkkil səlahiyyət müddəti ərzində barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Yəni məhkəmədən kənar inzibati məsuliyyətə cəlb edilə bilər.

Həmçinin, Konstitusiyasının 90-cı maddəsinə əsasən, Milli Məclisin deputatı da yanız məhkəmə qaydasında inzibati tənbeh tətbiqindən azaddır.
Bu səbəbdən hər şey qanun çərçivəsindədir.

Ombudsman və deputatın məhkəmədən kənar cərimələnməsi qanunidir, bu şərtlə ki, onlar məcburi olaraq polisə gətirilməsinlər".

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, həmin şəxslər məhkəməyə çıxarılmayıb:

"Onlar məhkəmə qaydasında deyil, qanunun polisə verdiyi səlahiyyətlər çərçivəsində inzibati qaydada cərimə olunublar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin