
"Azərkosmos"un aprel ayında xidmət satdığı 5 ölkə - CƏDVƏL
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) ixrac etdiyi telekommunikasiya xidmətlərinin dəyəri 5,6 milyon ABŞ dolları olub.
Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə isə qeyd olunmuş göstərici üzrə telekommunikasiya xidmətlərinin dəyəri 6,4 milyon ABŞ dolları olub.
İllik müqayisədə Kosmik Agentliyinin (AZƏRKOSMOS) ixrac etdiyi telekommunikasiya xidmətlərinin dəyəri 0,8 milyon ABŞ dolları dəyərində və ya 12,5% azalıb.
Qeyd edək ki, yalnız bu ilin aprel ayında “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi 5 ölkəyə telekommunikasiya xidmət ixracı həyata keçirib.
"Azərkosmos"un telekommunikasiya xidməti həyata keçirdiyi 5 ölkə:
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay