
27.05.2025 / 16:20
Pub 3 milyon 200 min manatla satışa çıxarılıb - Hərrac tarixi açıqlandı
71155
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 101 ünvanında yerləşən qeyri-yaşayış obyekti hərraca çıxarılıb.
Valyuta.az xəbər verir ki, beşmərtəbəli binada yerləşən obyektin ümumi sahəsi 348.15 kvadratmetr təşkil edir. Obyekt 6 otaqdan ibarətdir.
Tam təmirli vəziyyətdə olan obyektin hazırkı hərrac qiyməti 3 200 000 manat müəyyən edilib.
Hərracda iştirak haqqı 15 manat təşkil edir. Satış prosesi 8 iyun 2025-ci il tarixində saat 10:23-də başlayacaq.
Qeyd edək ki, bu obyekt daha əvvəl "Qoşa Çay Bağı" adı ilə restoran və çay evi kimi fəaliyyət göstərib.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay