BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
71133

"Microsoft" "Windows 11" sistemindəki performans problemlərinə səbəb olan amilləri araşdıran yeni bir məqalə dərc edib və əsas günahkar kimi ənənəvi antivirus proqramlarını göstərib. 

Valyuta.az xəbər verir ki, şirkət bu proqramların sistemə təsiri və əvəzində nə edilməli olduğu barədə təkliflərini bölüşüb.

Texnologiya nəhəngi, 2022-ci ilin sentyabrında istifadəyə verdiyi "Windows 11" versiyası 22H2 ilə birlikdə "Smart App Control" – yəni "Ağıllı tətbiq nəzarəti" xüsusiyyətini təqdim etmişdi. Bu funksiya yalnız təmiz və sıfırdan qurulmuş "Windows 11" sistemlərində aktiv olur. "Microsoft"un fikrincə, bu yeni təhlükəsizlik yanaşması ənənəvi antivirus proqramlarına nisbətən həm daha səmərəli, həm də performans baxımından üstünlüklərə malikdir.

Şirkət bildirir ki, antivirus proqramları sistemdə daimi fon taramaları apardığı üçün cihazın performansını aşağı sala bilər. Məqalədə bu fikir belə ifadə olunur:

"Ağıllı Tətbiq Nəzarətinin üstünlüklərindən biri, kompüterinizin performansına olan təsirinin daha az olmasıdır. Zərərli tətbiqlərin işə salınmasının qarşısını əvvəldən alaraq, aktiv faylların daimi şəkildə taranmasına ehtiyac qalmır. Bu da sistem üzərində daha az yük deməkdir və siz yavaşlama narahatlığı olmadan işləyə və ya oyun oynamağa davam edə bilərsiniz".

Ənənəvi antivirus proqramlarının isə davamlı şəkildə faylları və prosesləri izlədiyi və bu səbəbdən daha çox sistem qaynaqlarından istifadə etdiyi vurğulanır.

"Smart App Control" yanaşması, şübhəli tətbiqləri heç bir zərər vermədən əvvəl bloklayaraq proaktiv bir təhlükəsizlik tədbiri təqdim edir. Ənənəvi antivirus proqramları isə daha çox reaktiv davranır və yalnız təhdid sistemdə aşkar olunduqdan sonra müdaxilə edir. "Microsoft"un vurğuladığına görə, bu, klassik antivirusların tanınmış təhdidlərin aşkarlanmasında effektiv olsa da, yeni və kompleks təhdidlərə qarşı eyni sürətdə reaksiya verə bilmədiyi anlamına gəlir.

"Microsoft"un bu açıqlamaları, şirkətin "Windows 11" performansını artırmaq üçün ənənəvi antivirus yanaşmalarından uzaqlaşmağa çağırdığını göstərir. Lakin qeyd etmək lazımdır ki, antivirus proqramı istifadə edilməsə belə, bir çox istifadəçi "Windows 11"in performans baxımından "Windows 10" və ya "Windows 7" qədər sürətli olmadığını bildirir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin