BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
71079

Artıq qaranlıqda görmək üçün bahalı hərbi və ya taktiki gecəgörmə eynəklərinə ehtiyac qalmaya bilər. 

Valyuta.az xəbər verir ki, çinli alimlər gözləriniz bağlı olsa belə qaranlıqda ətrafınızı görə bilməyinizə imkan verən infraqırmızı kontakt linzalar inkişaf etdiriblər.

Çin Elm və Texnologiya Universitetindən bir qrup tədqiqatçı "Cell" jurnalında yayımladıqları tədqiqatda bu linzaları təqdim edib. Ən diqqətçəkən xüsusiyyətlərindən biri odur ki, bu linzalar güc mənbəyinə ehtiyac duymur. Əvəzində, infraqırmızı işığı nanohissəciklər vasitəsilə görünən işığa çevirir. Sınaqlarda bu linzaları taxan 10 nəfər könüllü, adi halda görə bilmədikləri infraqırmızı dalğa uzunluqlarını algılaya bilib. Hətta göz qapaqları bağlı halda belə, linzalar göz qapağından keçən zəif işığı istifadə edərək ətrafın seçilməsinə şərait yaradıb.

Layihənin baş müəlliflərindən biri olan nevroloq Tian Şüe bu ixtiranın invaziv olmayan geyiləbilən cihazlar üçün yeni imkanlar açdığını bildirib:

"Tədqiqatımız insanlara supergörmə bacarığı qazandıra bilər. Bu material, təhlükəsizlik, xilasetmə əməliyyatları, şifrələmə və saxtakarlıqla mübarizə kimi sahələrdə geniş tətbiq sahəsinə sahib ola bilər".

Elm adamları hərbi istifadədən danışmasalar da, bu texnologiyaya ən çox maraq göstərənlərin ordu və təhlükəsizlik qüvvələri olacağı ehtimal edilir. Gecə vaxtı, ağır avadanlıqlara ehtiyac qalmadan ətrafı görə bilən əsgərlər konsepti, milyonlarla dollarlıq sərmayələrə səbəb ola bilər.

Bu linzalar, yuxarı çevirmə nanohissəcikləri (upconversion nanoparticles) adlanan texnologiya ilə hazırlanıb. Bu hissəciklər aşağı enerjili bir neçə fotonu udaraq daha yüksək enerjili bir foton yayır. Beləliklə, 800–1600 nm aralığında olan yaxın qızılötesi işıq, 400–700 nm aralığında olan görünən işığa çevrilir və insan gözü tərəfindən algılanır.

Əvvəlki təcrübələrdə bu texnologiyanın siçanlarda retinaya birbaşa inyeksiya ilə tətbiqi mümkün olsa da, yeni kəşf sayəsində iynəsiz və kontakt şəklində istifadəsi mümkün olan, yəni invaziv olmayan bir metod əldə olunub.

Alimlər bu linzaların daha kiçik versiyasını siçanlar üzərində sınaqdan keçirib. Siçanlara qaranlıq bir qutu ilə qızılötesi işıqla işıqlandırılmış bir qutu arasında seçim verilib. Linzasız siçanlar hər iki qutunu eyni dərəcədə seçsə də, linzalı siçanlar qaranlıq qutunu seçməyə daha meyilli olub, bu da onların qızılötesi işığı algıladığını sübut edib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin