BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
71067

Kiberdələduzluq internet və rəqəmsal platformalar üzərindən həyata keçirilən, istifadəçiləri aldadaraq maliyyə və ya şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir. Müasir dövrün cinayət əməllərindən biri olan kiberdələduzluğun üsulları olduqca çoxdur, xüsusən də sosial şəbəkələrdə. Kapital Bank hər kəsi bu dələduzlq üsullarını bilməyə və diqqətli olmağa çağırır.

Saxta lotereyalar, oyunlar və mükafatlar: Brendlər adına yaradılan saxta lotereya, kampaniya səhifələri ilə sosisl şəbəkələrdə tez-tez rastlaşırıq. Bu səhifələrin dizyanında brendin adı, loqosu, rəngləri təqlid edildiyindən istifadəçilər ani diqqətsizliklə dələduzların toruna düşə bilirlər. Mükafat qazandığını və ya lotereyada oynamaq şansı əldə etdiyini düşünənlər reklam edilən keçidə daxil olub kart məlumatlarını qeyd edirlər. Daha sonra isə həmin kartlarda olan vəsaitlər mənimsənilir. Odur ki, sosisl şəbəkələrdə qarşılaşılan reklamlara, səhifələrə olduqca diqqətli yanaşmaq lazımdır. Bunun üçün həmin şirkətin təsdiq edilmiş sosial şəbəkə hesablarına və ya veb-saytına baxmaq kifayətdir. Xüsusən qeyd etmək lazımdır ki, bankların həyata keçirdiyi kampaniya və lotereyalar zamanı müştərilərdən qeydiyyat tələb edilmir. Belə ki, bu zaman kampaniya və ya lotereyanın şərtlərinə cavab verən istifadəçilər müştəri davranışlarına əsasən avtomatik olaraq iştirak şansı qazanırlar. //kbl.az/kbcf

Saxta iş təklifləri: Bu zaman iş axtaran insanlara yüksək maaşlı, asan və ya evdən işləmək vədi ilə saxta iş təklifləri olunur və onlardan CV-ləri, şəxsi məlumatları, bəzənsə ilkin ödəniş tələb edilir. Bu, həm şəxsi məlumatları toplamaq, həm də qarşı tərəfi inandırmaq məqsədi daşıyır. İlk əlaqəyə keçdikdən sonra namizədlərə tapşırıq məqsədi ilə layihə göndərilir. Dələduzlar həmin faylla birgə hədəf şəxsin kompüterinə və ya mobil cihazına gizli kodları özündə daşıyan zərərli proqramlar yükləyirlər. Kodlar cihaza sahibinin xəbəri olmadan uzaqdan nəzarət etmək imkanı verir. Əsas məqsəd qurbanın brauzerindəki hesablardan şəxsi məlumatları oğurlamaqdır. Bu səbəbdən də şübhəli iş təkliflərinə qarşı diqqətli olmaq vacibdir.

Ani diqqətsizlik hər kəsi kiberdəluzluğun qurbanına çevirə bilər. Odur ki, hər kəs real həyatda şəxsi təhlükəsizliyini qoruduğu kimi rəqəmsal dünyada da özünü qorumalıdır. Bunun üçün şəxsi məlumatları, kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməmək, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamaq lazımdır. Kiberdələduzlar öz niyətlərini həyata keçirmək üçün hipnoz, yalan, manipulyasiya kimi bir çox üsullardan istifadə edirlər. Odur ki, hər kəsin bu mövzuda məlumatlı və diqqəli olması, eləcə də digər şəxsləri də məlumatlandırması olduqca vacibdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin