BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
70982

"Netflix" "HBO Max", "Disney Plus" və digər bir çox platformda reklam dəstəkli abunə planları sürətlə abunə artımının əsas vasitəsinə çevrilib. Bəs bu tendensiya, daha münasib qiymətə və ya tamamilə pulsuz yayıma keçidi mümkün edə bilərmi?

Valyuta.az xəbər verir ki, yayımların axın formatında təqdim edildiyi platformalarda reklam dəstəkli abunə modelləri sürətlə əsas gəlir modelinə çevrilir. Son məlumatlar göstərir ki, bu daha əlverişli planlar təkcə istifadəçilər arasında deyil, platformaların özü üçün də ciddi artım potensialı yaradır.

ABŞ-da "Netflix" "Disney Plus", "HBO Max", "Hulu", "Paramount Plus", "Discovery Plus" və "Peacock" kimi əsas xidmətlərin istifadəçilərinin 46%-i reklamlı planlara üstünlük verir. Bundan əlavə, istifadəçilərin təxminən 75%-i bu cür planları ən azı bir dəfə sınayıb.

Əslində, reklam dəstəkli abunəliklər bir çox platforma üçün yeni strategiya deyil. Lakin bu modelin bu qədər sürətlə yayılması diqqətçəkicidir. Məsələn, "HBO Max" 2021-ci ildə aylıq 9,99 dollar dəyərində reklamlı abunə planı təqdim etmişdi. "Netflix" və "Disney Plus" isə 2022-ci ildə müvafiq olaraq 6,99 və 7,99 dollarlıq planlarla bu tendensiyaya qoşuldu.

Bazarın bu sürətli transformasiyasının arxasında isə konkret rəqəmlər dayanır. "Antenna" şirkətinin hesabatına görə, son doqquz rübdə yeni abunələrin 71%-i reklam dəstəkli planlar vasitəsilə sistemə daxil olub. Bu istifadəçilərin 65%-i platformaya yeni qoşulanlardır. Reklamsız və daha baha planlardan keçid edənlərin payı isə cəmi 11%-dir.

Bu isə o deməkdir ki, reklamlı planlar təkcə istifadəçiləri qorumaq üçün deyil, həm də yeni izləyiciləri cəlb etmək üçün effektiv vasitəyə çevrilib.

Demoqrafik struktur və istifadəçi sadiqliyi baxımından da diqqətəlayiq bir nəticə ortaya çıxıb: reklamlı və reklamsız abunəliklər arasında əhəmiyyətli fərq müşahidə olunmur. Bu da onu göstərir ki, daha ucuz planlar daha az "dəyərli" istifadəçilər demək deyil.

Abunəlik haqları daha da aşağı düşə bilərmi?

Bütün bu tendensiyalar fonunda əsas sual belə formalaşır: yayım platformaları gələcəkdə daha da ucuz – hətta tamamilə pulsuz, lakin reklamlı – planlara keçə bilərmi? Bu ehtimal getdikcə daha real görünür.

Xüsusilə "Netflix" bu sahədə mühüm uğurlar əldə edib. Son bir ildə reklam dəstəkli kateqoriyadakı abunə sayı ikiqat artıb. Bu nailiyyət, şirkəti reklam strategiyalarını genişləndirməyə sövq edib. 2026-cı ilə qədər platformada interaktiv reklamlar, pauza zamanı reklamlar və hətta süni intellekt vasitəsilə fərdiləşdirilmiş reklamların serial və filmlərə inteqrasiyası planlaşdırılır.

Belə yeniliklər reklam gəlirlərini artırmaqla yanaşı, abunə haqlarını da daha əlçatan edə bilər. Bəzi mütəxəssislərə görə, tamamilə pulsuz, lakin reklam dəstəkli platformalar artıq uzaq perspektiv deyil. Bu model izləyici sayını artırmaqla yanaşı, platformalara ənənəvi televiziyaya bənzər reklam gəliri imkanı yarada bilər.

Yayımçılıq yenidən televiziyaya qayıdır?

Bütün bu dəyişikliklər axın yayım dünyasının əvvəllər uzaq durduğu televiziya modelinə tədricən geri döndüyünü göstərir. Artıq serial və film izləmək daha aşağı qiymətə, lakin reklam müqabilində təklif edilir. Bu dönüşüm həm istifadəçi vərdişlərini, həm də yayım strategiyalarını yenidən formalaşdırır. Görünür ki, gələcəyin yayım dünyasında məzmun qədər reklam yerləşdirmələri də həlledici rol oynayacaq.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin