
“Sosna” yenidən cərimələndi
“Sosna” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilib.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb. İşə Binəqədi Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarı ilə, “Sosna” QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 1500 manat məbləğində inzibati cərimə olunub. Qeyd edək ki, 485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Xatırladaq ki, “Sosna” QSC barəsində hər il bir neçə dəfə eyni maddə ilə protokol tərtib olunur.
Sabiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay