
Vaxt ayıra bilmədi, biznesini satışa çıxardı - QİYMƏT
Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən, 140 kvadratmetrlik sahəsi olan hazır "Şirniyyat evi" biznesi satışa çıxarılıb. Obyekt kompleksin içində yerləşir və həm ön hissədə mağaza, həm də arxa hissədə istehsalat sexindən ibarətdir.
Valyuta.az xəbər verir ki, biznes 1 200 manatla satışa çıxarılıb.
Biznes bütün avadanlıqları ilə birlikdə satılır və obyektin daxilində heç bir əşya çıxarılmayacaq.
Müştəri istəyinə əsasən yalnız avadanlıqlar da ayrı şəkildə təklif oluna bilər. Obyekt icarədədir və icarə qiyməti münasib səviyyədədir. "Şirniyyat evi"nin daimi müştəri bazası var, satış səviyyəsi normaldır. İşçi kollektivi də fəaliyyətdədir və yeni sahibkarın istəyindən asılı olaraq davam etdirilə bilər.
Satışın səbəbi sahibkarın digər şəxsi işlərinə görə bu biznesə vaxt ayıra bilməməsidir.
Satışa daxil olan avadanlıqlar:
2 ədəd vitrin
2 soyuducu vitrin
Xəmiryoğuran aparat
Mikser
Soba
2 qapılı dondurucu soyuducu
3 ədəd dəzgah
Reklam avadanlıqları
Qəhvəüyüdən aparat
Divan, stol və stullar
1000 manatlıq loqolu tort qutuları
Kiçik avadanlıqlar və qab-qacaq
Maraqlanan şəxslər 055 992 37 37 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay