
50 illik analitik Piter Brandt "Bitcoin"də yeni zirvə üçün tarix və qiymət açıqladı
Kriptovalyuta bazarının tanınmış analitiklərindən bəziləri “Bitcoin” qiymətində baş verən yüksəlişdən sonra yeni proqnozlarını bölüşüblər.
Valyuta.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin" 111 min dolları keçərək zamanların ən yüksək səviyyəsini (ATH) geridə qoyub. Bu tarixi nailiyyət fonunda bazarın iki önəmli siması diqqətçəkən açıqlamalarla çıxış edib.
Təcrübəli əmtəə treyderi və iqtisadçı Piter Brandt ilə kriptovalyuta analitiki "İl Capo of Crypto" bu yüksəlişi fərqli baxış bucaqlarından qiymətləndiriblər.
“Bitcoin” bazarını uzun müddətdir izləyən Piter Brandt qeyd edib ki, bu cür zirvələr texniki baxımdan şişirdilməməlidir və bu artım təbii bir prosesin nəticəsidir. Onun fikrincə, yeni rekordlar texniki cəhətdən həddindən artıq qiymətləndirilməməlidir, çünki boğa bazarlarının əsas xüsusiyyəti davamlı olaraq yeni zirvələr yaratmaqdır. Brandt "Bitcoin"in avqust ayının sonuna qədər 125.000–150.000 dollar aralığına qədər yüksələcəyini və zirvəyə çatacağını proqnozlaşdırır.
Digər tərəfdən kripto bazarında "il Capo of Crypto" təxəllüsü ilə tanınan analitik daha ehtiyatlı mövqe sərgiləyir. Onun fikrincə, hazırkı yüksəliş uzunmüddətli trendi dəyişmək gücündə deyil və bu səviyyələr yalnız lokal zirvə ola bilər. Analitik qazancının bir hissəsini realizə etdiyini və həm "Bitcoin", həm də əsas altkoinlərdə qısa mövqelər açdığını bildirib. O əlavə edib ki, bazarda əlavə eniş siqnalları müşahidə olunacağı təqdirdə altkoinlər üzrə qısa mövqelərini artırmağı planlaşdırır.
"İl Capo" "Bitcoin"in son rekordu ilə bağlı fikirlərini dəyişmədiyini və bu yüksəlişi bir boğa tələsi hesab etdiyini vurğulayıb.
Qeyd: Bu yazı investisiya məsləhəti xarakteri daşımır.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay