
Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük rüsumları Yaponiyanın ən iri şirkətləri üçün ciddi iqtisadi zərərə səbəb ola bilər.
Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, "Toyota", "Sony" və "Mizuho" kimi korporasiyalar ümumilikdə 27,6 milyard dollaradək gəlir itkisi ilə üzləşə bilər.
Şirkət nümayəndələrinin açıqlamalarına əsasən, bu tariflər müəssisələrin illik mənfəətini on milyardlarla dollar azalda bilər. Əgər ABŞ iqtisadiyyatı tənəzzülə uğrasa, itkilərin daha da dərinləşəcəyi ehtimal edilir.
Analitiklərin hesablamalarına görə, Yaponiyada ən çox avtomobil sənayesi zərər çəkib. Səbəb isə bu sahəyə 25 faiz həcmində gömrük rüsumunun tətbiq edilməsidir.
Məqalədə bildirilir: 22023-cü ildə Yaponiya ABŞ-a 1,5 milyon avtomobil ixrac edib və bu ixracın ümumi dəyəri 40 milyard dolları keçib. Avtomobil istehsalçıları ABŞ-a Meksika və Kanadadan da çox sayda avtomobil və ehtiyat hissələri göndərirlər. Bu ölkələr də rüsumlardan zərər çəkənlər sırasındadır".
"Honda" şirkətinin baş direktoru Toşihiro Mibe bildirib ki, ABŞ-ın tarif siyasətinin Yapon bazarına təsiri son dərəcə böyükdür.
Xatırladaq ki, aprelin əvvəlində Donald Tramp 185 ölkədən idxal olunan məhsullara "qarşılıqlı" rüsumlar tətbiq edən fərman imzalayıb. Baza rüsum faizi bütün idxal malları üçün 10% müəyyən edilib. Bununla yanaşı, bəzi ölkələr üçün fərdi tariflər də təyin olunub. Avropa İttifaqı isə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay