BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70807

Bir vaxtlar 1 milyard dollar dəyərində qiymətləndirilən "Builder.ai" iflasla üz-üzədir

Valyuta.az xəbər verir ki, süni intellekt əsaslı proqram təminatı şirkəti "Builder.ai" iflas prosesinə daxil olub. Bu barədə şirkətin nümayəndəsi açıqlama verib.

"Microsoft"un dəstəklədiyi və bu günə qədər 450 milyon dollardan çox investisiya cəlb edən "Builder.ai" (əvvəlki adı "Engineer.ai Corporation") tətbiq və vebsaytların hazırlanmasını sadələşdirməyə çalışan süni intellekt platforması ilə tanınırdı. Şirkətin sözçüsünün bildirdiyinə görə, artıq idarəçiliyi həyata keçirmək üçün xüsusi inzibatçı təyin olunacaq.

“Hazırkı komandamızın yorulmaz səylərinə və bütün mümkün variantların araşdırılmasına baxmayaraq, biznes keçmişdə verilmiş qərarlar və tarixi çətinliklər səbəbindən maliyyə vəziyyətini bərpa edə bilmədi,”– deyə şirkətin yaydığı bəyanatda bildirilir. “Hazırkı prioritetimiz bu çətin dövrdə əməkdaşlarımıza, müştərilərimizə və tərəfdaşlarımıza dəstək göstərməkdir. İnzibatçılarla sıx əməkdaşlıq edərək prosesin nizamlı şəkildə aparılmasını və şirkətin mümkün olan hissələri üçün alternativlərin araşdırılmasını təmin edəcəyik.”

Son aylarda "Builder.ai" ciddi rəhbərlik dəyişiklikləri və maliyyə problemləri ilə qarşılaşıb. Mart ayında yayılan məlumatlara əsasən, şirkət 2024-cü ilin ikinci yarısı üçün gözlənilən gəlir proqnozunu 25% azaldıb. Fevral ayında isə "Builder.ai" yeni baş icraçı direktor – Manprit Ratia-nı təyin edib.

Maliyyə vəziyyətindəki uyğunsuzluqları araşdırmaq üçün şirkət auditorlar cəlb edib. "Bloomberg"in məlumatına görə, keçmiş işçilər bir neçə dəfə satış göstəricilərinin 20 faizdən çox şişirdildiyini iddia ediblər.

Qeyd edək ki, "Engineer.ai" adını "Builder.ai" olaraq dəyişmədən əvvəl də kiçik bir qalmaqalla gündəmə gəlmişdi. Belə ki, şirkət tətbiqlərin hazırlanmasını avtomatlaşdıran platforma təqdim etdiyini bəyan etsə də, "The Wall Street Journal"ın araşdırmasına əsasən, bu platforma əslində insan mühəndislərə güclü şəkildə arxalanırdı.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin