
21.05.2025 / 10:40
“Unibank” Mərkəzi Bankın tələblərini pozdu - Xəbərdarlıq edildi
70801
Eldar Qəribovun bankı “Unibank” ASC Mərkəzi Bankın tələblərinə məhəl qoymur.
Valyuta.az xəbər verir ki, Mərkəzi Bank sözügedən bankın “Banklarda korporativ idarəetmə Standartları”nın 8.2.5-ci yarımbəndini pozduğunu açıqlayıb. Yəni, bank aparılmış daxili audit yoxlamaları barədə hesabatı vaxtında Mərkəzi Banka təqdim etməyib, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatları təqdim etməyib.
AMB bununla bağlı olaraq “Unibank”a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Qeyd edək ki, “Unibank”ın səhmlərinin 94,8%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara məxsusdur.
NARA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay