
İşdəki haqsızlıqlara dözməklə büdcə idarəetməsinin əlaqəsi - Yəhudi üsulu
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Bəzən işdən ayrıldıqdan sonra yeni iş tapmaq çətin olur deyə, işdəki haqsızlıqlara dözməli oluruq. “İş tapım, sonra çıxım” deyirik. Düşünürük ki, iş tapana qədər özümüzü dolandıra bilməyəcəyik. Bəzən bir proses haqında kifayət qədər məlumatımız olmadığından prosesi idarə etmək bizə ya olduqca çətin, ya da mümkünsüz görünür. Amma atalarımız deyib: “min dərdin min bir dərmanı var”.
İşlədiyimiz dövrdə büdcə planlaması ilə özümüzə fond yaradaraq işdən çıxdığımız zaman da pulsuz qalmarıq.
Bu mövzuda “yəhudi üsulu” deyilən büdcə planlamasından istifadə etmək sizi xilas elə bilər.
Ümumiyyətlə, maliyyə məsələlərində ən yaxşı metodlar yəhudi metodlarıdır.
Əgər çalışdığınız, qazandığınız, gəlirinizin olduğu zaman gəlirinizin vəziyyətinizdən asılı olaraq 1/3 və ya 1/5 hissəsinə toxunmasanız, işdən çıxdığınız zaman yeni iş tapıb qazanc əldə edənə qədər müəyyən bir büdcəniz olacaq. Bundan başqa, bəzi metodlardan istifadə etməklə də az büdcə ilə yeni iş tapana qədər yetinə bilərsiniz.
Bu zaman çöldə eytiyac duyacağınız içki və qidaya olan ehtiyacınızı kafe və restoranlarda deyil, evdən özünüzlə götürdüyünüz su və ya çay termosu, quru meyvələr və ya evdən götürə biləcəyiniz yüngül qidalar ilə təmin etməyə çalışın.
Ödəniş edə bilmədiyiniz üçün idman zalına gedə bilmədiyinizdən, yürüyüş və ya qaçış edə bilər, parklarda quraşdırılan idman alətlərindən istifadə edə bilərsiniz.
Bundan başqa, əyləncə və mənəvi istirahətimizi də şəhərimizdə yerləşən girişi ödənişsiz olan muzey, sərgi və qalareyalara, kitabxanalara ziyarət edərək təmin edə bilərik.
Bazarlıq prosesində isə işsiz olduğumuz üçün kifayət qədər zamanımızın olmasından istifadə edərək çevrəmizdəki marketlərdəki qiymətlərin uyğunluğunu yoxlamaq və bazarlara baş çəkərək daha münasib qiymətlərlə alış-veriş etmək bizim üçün daha yaxşı olar.
Nəzərə alsaq ki, bu daimi deyil, keçici dönəmdir. Bu dönəmdən maksimum karlı və borcsuz çıxmaq üçün bir müddətlik məşğuliyyətlərimizi vəziyyətə uyğun dəyişmək bizim xeyrimizə olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay