
Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu
Yüksəlişin finalçısı Ziraat Bankda departament direktoru təyin olunub.
Valyuta.az xəbər verir ki, ikinci “Yüksəliş” Müsabiqəsinin finalçısı Aqşin Haqverdiyev Ziraat Bank Azərbaycanın Kreditlərin ayrılması və idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.
Məlumata görə, 10 ildən çox təcrübəyə malik yeni rəhbər Aqşin Haqverdiyev buna qədər Kapital Bank ASC-nin KOS kredit risklərinin təhlili şöbəsinin rəisi olub. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr, Moskva ve Dublin şəhərlərində isə magistr və mini-MBA dərəcələrinə yiyələnib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus və 161 illik zəngin irsə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay