
16.05.2025 / 13:31
Azərbaycanda istiliyin verilmə vaxtı dəyişdirilir
70556
“İstiliyin verilməsinın dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
O bildirib ki, dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək: “Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır”.
Qeyd edək ki, Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay