
"Nvidia" Səudiyyə Ərəbistanını qlobal süni intellekt liderinə çevirməyi hədəfləyir
"Nvidia" Səudiyyə Ərəbistanı ilə strategiya bir saziş imzalayaraq 2030-cu ilə qədər ölkəni qlobal süni intellekt (AI) liderinə çevirməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu əməkdaşlıq genişmiqyaslı infrastruktur inkişafı, işçi qüvvəsinin təlimi və yüksək tutumlu AI həllərini əhatə edir.
"Nvidia"nın baş direktoru Censen Huanq Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər süni intellekt sahəsində dünya liderinə çevrilməsini hədəfləyir. Bu məqsədlə, Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondu (PIF) və AI-ə yönəlmiş yeni bir törəmə şirkət olan HUMAIN arasında strategiya bir saziş imzalanıb. Bu tərəfdaşlıq Səudiyyə Ərəbistanın qlobal AI gücünə çevrilmək uğrunda cəsarətli planlarının vacib bir addımıdır.
Bu əməkdaşlıq genişmiqyaslı infrastruktur inkişafını, işçi qüvvəsinin hazırlanmasını və "Nvidia"nın ən son texnologiyalarından olan GB300 superçiplərinin təchizatını əhatə edir. HUMAIN "Nvidia"nın "InfiniBand" şəbəkəsi tərəfindən dəstəklənən 18.000 "GB300 Grace Blackwell" superçipindən istifadə edərək, 500 meqavattadək AI hesablama gücü yaratmağı planlaşdırır. Bu yüksək tutumlu çiplər Səudiyyə Ərəbistandakı hiperölçülü məlumat mərkəzlərində istifadə olunacaq və ölkədəki süni intellekt modellərinin genişmiqyaslı işləməsini təmin edəcək.
Bu strategiya tərəfdaşlıq, Səudiyyə Ərəbistanın "VISION 2030" çərçivəsində müəyyən etdiyi rəqəmsal çevrilmə hədəflərinə və iqtisadi müxtəlifliyin artırılması səylərinə də böyük töhfə verəcək. Eyni zamanda, "Nvidia"nın "Omniverse" platformunun ölkə üzrə tətbiqini təmin etməklə, istehsal, logistika və enerji kimi sənayelərdə AI və robot texnologiyalarının inkişafına şərait yaradacaq.
Rəqəmsal əkizlər və simulyasiya alətlərindən istifadə edərək, Səudiyyə Ərəbistandakı şirkətlər fiziki mühitlərini daha yüksək effektivlik, təhlükəsizlik və davamlılıq üçün optimallaşdıra biləcəklər.
İşçi qüvvəsinin hazırlanması bu əməkdaşlığın vacib bir hissəsidir. HUMAIN və "Nvidia" robototexnika, simulyasiya və rəqəmsal ikiz texnologiyaları kimi sahələrdə minlərlə Səudiyyə vətəndaşını təlim keçirməyi planlaşdırır. Bu, Səudiyyə Ərəbistanda süni intellekt və rəqəmsal infrastrukturun inkişafına töhfə verəcək, həmçinin ölkənin texnologiya sahəsindəki bacarıqlarını artıracaq.
"Nvidia"nın qurucusu və baş direktoru Censen Huanq qeyd edib ki, süni intellekt elektrik və internet kimi bütün ölkələr üçün əsas infrastruktur elementinə çevrilmişdir. HUMAIN ilə qurulan tərəfdaşlıq sayəsində, Səudiyyə Ərəbistanın əhalisi və şirkətləri ölkənin cəsarətli vizyonunu həyata keçirmək üçün AI infrastrukturunu qurmaq imkanı əldə edəcək.
Səudiyyə Ərəbistanın Rabitə və İnformasiya Texnologiyaları Naziri Abdullah Əlsvaha bu strategiya addımın inkişaf etmiş infrastruktur və qlobal vizyonla dəstəklənən yeni bir sənaye inqilabının əsasını qoyduğunu bildirib. Nazir vurğulayıb. ki, Səudiyyə Ərəbistan süni intellekt texnologiyasının gələcəyini formalaşdıran bir tərəfdaş kimi liderlik etməyə davam edəcək.
HUMAIN baş direktoru Tariq Əmin isə "Nvidia" ilə qurulan tərəfdaşlığın Səudiyyə Ərəbistanın AI və rəqəmsal infrastruktur sahəsində liderlik hədəflərinə çatması üçün cəsarətli bir addım olduğunu bildirib: "Birlikdə, intellektual texnologiya və inkişaf etmiş insan potensialı ilə dəstəklənən bir gələcək quracağıq. Qlobal bir cəmiyyət yaratmaq üçün birlikdə güc və imkanlar inşa edirik".
Bu strategiya tərəfdaşlıq Səudiyyə Ərəbistanın qlobal texnologiya arenasında daha güclü mövqe qazanması üçün kritik bir addım hesab olunur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay