
14.05.2025 / 16:47
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib
70421
Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Alma” kafesi növbəti maliyyə hesabatını açıqlayıb.
Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan əsilli iş adamı Bəxtiyar Sadıqlıya məxsus olan “Alma Cafe LTD” şirkətinin 2024-cü ildə xalis zərəri 881 min 106 funt sterlinq (2 milyon manat) olub.
Şirkətin zərəri son bir ildə 179 min funt sterlinq artıb.
Məlumat üçün onu da bildirək ki, Bəxtiyar Sadıqlı 2013-2016-cı illərdə hazırda səhmlərinin 75%-i sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan və KFC restoranlar şəbəkəsini idarə edən “B.J.R. Foods Limited” şirkətinə də rəhbərlik edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay