BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
70417

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib - red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

Valyuta.az Unikal-a istinadən xəbər verir ki, Saleh Səmədovun İmişlidə "Kral Saray” adlı şadlıq sarayı, "Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli "Rolls Royce” sürən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.

Bildirilib ki, 1962-ci ildə anadan olan S.Səmədov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

S.Səmədov 2002-ci ildə İmişli rayon "Araz” MMC-ni təsis edib. 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə "Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə "Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.

2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və  o, Şuranın sədri seçilib.

2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə "Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

Rayonun Sarıxanlı kəndində 9 May Qələbə Günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Xatırladaq ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi -RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Yasamalda yerləşən uşaq bağçası satışa çıxarılıb - QİYMƏT

Neftin qiyməti 70 dollara yaxınlaşır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin