
Azərbaycanda məşhur pivə biznesi satılır
Azərbaycanın pivə sənayesində önəmli yerə sahib olan "Bakı-Pivə" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Valyuta.az-ın məlumatına görə, cəmiyyətin nizamnaməsinin 6.6 və 6.7-ci maddələrinə əsasən səsvermənin qiyabi şəkildə keçirilməsi planlaşdırılır.
Məlumata görə, yığıncaq 30 iyun 2025-ci il tarixində saat 10:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, ev 1 ünvanında keçiriləcək.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Ümumi yığıncağın sədri və katibinin seçilməsi;
2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi;
3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi;
4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi;
5. 2023 və 2024-cü maliyyə illərinin nəticələrinə əsasən şirkətin hesabatlarının, balans hesabatlarının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi;
6. 2023 və 2024-cü maliyyə illərinin nəticələrinə əsasən dividendlərin ödənilməsi;
7. Cəmiyyətin balansında olan, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, ev 1 ünvanında yerləşən ofis binası və istehsalat sahəsinin bazar dəyərinə (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması.
Qeyd edək ki, "Bakı-Pivə" zavodu 1969-cu ildə Xırdalan şəhərində istifadəyə verilib və uzun illər ərzində ölkənin ən böyük pivə istehsalçılarından biri kimi fəaliyyət göstərib. Nizamnamə kapitalı 2 471 400 manat olan şirkətin qanuni təmsilçisi Antulis Alius.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay