
13.05.2025 / 14:35
Süni intellektlə görüntü keyfiyyətini artıran startap 20 milyon dollar sərmayə alıb
70336
ABŞ-da fəaliyyət göstərən və süni intellektlə görüntü keyfiyyətini artıran "Glass Imaging" startapı A seriyası investisiya raundunda 20 milyon dollar sərmayə alıb.
Valyuta.azxəbər verir ki, "Glass Imaging" ötən il də 9,3 milyon dollar ilkin sərmayə cəlb edib.
Yeni investisiya ilə şirkətin ümumi sərmayəsi 32 milyon dollara çatıb. Bu vəsait, süni intellekt dəstəkli "GlassAI" texnologiyasının ağıllı telefonlar, dronlar və geyilə bilən cihazlarda tətbiqinə yönəldiləcək.
2019-cu ildə Tom Bişop (Tom Bishop) və Ziv Attar tərəfindən yaradılan şirkətin hazırladığı "GlassAI" proqramı, kamera görüntülərinin keyfiyyətini 10 qat artırmaq imkanına malikdir.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay