BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
70322

“Google” süni intellekt sahəsində çalışan startaplara dəstək üçün yeni təşəbbüsə start verib.

Valyuta.az xəbər verir ki, "Google" bazar ertəsi süni intellekt sahəsində fəaliyyət göstərən startapları dəstəkləmək məqsədilə yeni təşəbbüsünü – “AI Futures Fund” layihəsini elan edib. Bu təşəbbüs "Google DeepMind" tərəfindən hazırlanmış ən son süni intellekt alətlərindən istifadə edən startaplara investisiya yatırmağı hədəfləyir.

Fonddan həm ilkin mərhələdə olan, həm də inkişaf etmiş mərhələdəki startaplar yararlana biləcək. Dəstək çərçivəsində quruculara "Google DeepMind" tərəfindən hazırlanmış süni intellekt modellərinə erkən çıxış imkanı veriləcək, həmçinin onlar "Google DeepMind" və "Google Labs" mütəxəssisləri ilə birgə işləyə biləcəklər. Bundan başqa, startaplara "Google Cloud" kreditləri təqdim olunacaq. Seçilmiş layihələr isə birbaşa "Google" investisiyası əldə etmək şansı qazanacaqlar.

"Google" sözçüsü bildirib ki, "AI Futures Fund müəyyən olunmuş qrup və ya mərhələ əsaslı model üzrə fəaliyyət göstərmir. Ərizə prosesi davamlıdır və müəyyən bir son müraciət tarixi yoxdur. Fondun məqsədləri ilə uyğun gələn şirkətlərlə qarşılaşdıqda, onlara investisiya etməyə qərar verə bilərik. Hazırda fondun dəqiq həcmi açıqlanmır və investisiya məbləği şirkətin mərhələsi və ehtiyaclarına uyğun dəyişir. əsasən erkən və orta mərhələlərdə, lakin daha inkişaf etmiş mərhələlər də istisna edilmir.”

Son aylarda "Google" süni intellekt sahəsində çalışan istedadlara və elmi yeniliklərə dəstəyini artırıb. Ötən ilin noyabrında şirkətin xeyriyyə fondu olan "Google.org" süni intellekt sahəsində çalışan tədqiqatçılara və alimlərə 20 milyon dollar dəyərində maliyyə dəstəyi ayıracağını açıqlayıb.

Xatırladaq ki, sentyabr ayında "Google"un baş direktoru Sundar Pichai dünya üzrə süni intellekt təhsili və təlimlərinin genişləndirilməsi məqsədilə 120 milyon dollarlıq Qlobal Süni İntellekt İmkanları Fondunun yaradıldığını elan edib. "Google.org" həmçinin, süni intellekt texnologiyaları üzərində çalışan qeyri-kommersiya təşkilatlarına birbaşa maliyyə ayırmağı hədəfləyən 20 milyon dollarlıq generativ süni intellekt akselerator proqramını istifadəyə verib.

Qeyd edək ki, startaplar 12 may tarixindən etibarən müraciət edə bilirlər.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə atdığınız hər addımı enerjiyə çevirir

Ali Məhkəmədən müflisləşmə ilə bağlı mühüm QƏRAR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı qalxacaq

Neftin 75, qazın 51 faizi Avropaya satılıb

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Onlar universitetə imtahansız qəbul olacaqlar - DİM çağırış etdi

“Meta”da süni intellekt bu işi insanların əlindən aldı

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Hazır startap satışa çıxarılıb - QİYMƏT

İstanbul - Naxçıvan aviareysi üzrə uçuşlara başlanıldı

“Yeni təkər bazarı” yanır

Onlayn, yoxsa ənənəvi mağaza - Hansı sərfəlidir?

"Bitcoin" və altcoinlərin qiyməti artıb

Türkiyə lirəsi və avro bahalaşıb, rubl ucuzlaşıb

Bildiyimiz sistemin bilmədiyimiz adı – Ekvayrinq nədir? - SƏHƏR OXUSU

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin