BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70320

“Bildiyiniz kimi, 2025-2030-cu illər üçün yeni fəaliyyət planı hazırlanır. Bu planın hazırlanması zamanı bəzi məsələlər mütləq nəzərə alınmalıdır”.

Bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirib.

“Xüsusilə də transsərhəd insan alverinə qarşı mübarizə ilə bağlı yeni çağırışlar var. Bununla əlaqədar yeni planda öz hədəflərimizə çatmaq üçün çağırışları mütləq qeyd etməliyik. Əvvəlki illə müqayisədə turistlərin sayı indi daha da çoxalır. Xüsusilə də Azərbaycana gəlmək üçün viza şərtləri asanlaşdırılıb. Bundan istifadə edən transmilli cinayətkar qüvvələr var ki, onlara qarşı mübarizəni gücləndirməliyik. Bəzən tələbələr xaricdə oxumaq üçün viza ala bilmirlər. Lakin saxta yollarla tələbə adını qazanan, əslində başqa məqsədlə Avropa və digər ölkələrə getməyi planlaşdıran şəxslərə isə asanlıqla viza verilir. Yəni, əziyyət çəkənlər kənarda qalır. Bu məsələlərdə koordinasiya mütləqdir”, - deyə millət vəkili qeyd edib.

Deputat əlavə edib ki, bununla yanaşı, maarifləndirmə işləri gücləndirilməlidir: “Azərbaycanın ucqar kəndləri, hətta kəndlərdən kənarda olan ferma təsərrüfatları var ki, orada çoxlu sayda insan yaşayır. Onların, bəlkə də, televiziyaya, mediaya çıxışı olmasa da, əllərində smartfonlar var. Onlar sosial şəbəkələrdən aktiv istifadə edirlər. Düşünürəm ki, cinayətkarlığın qarşısını almaq üçün sosial şəbəkələrin özündə maarifləndirmə işlərini aparmalıyıq. Qurbanları biz vaxtında aşkarlaya bilmirik, ya da aşkarlasaq belə lazımi dəstək verə bilmirik. Bu problemi hələ də həll edə bilmirik. Çünki qurbanlar çox vaxt baş vermiş hadisəni gizlədirlər. Bu sahədə DİN-in fəaliyyətini alqışlayıram. Çox böyük və faydalı işlər görülür. Milli Koordinatorun fəaliyyətinə uğurlar arzulayıram”.

©Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin