
"Google" illər sonra loqosunu dəyişdi - Yeni loqo təqdim olundu
"Google" illərdir dəyişməyən ikonik “G” loqosuna yeni bir toxunuş edib.
Valyuta.az xəbər verir ki, yenilənmiş loqo dizaynında rənglərin bir-birinə yumşaq keçidlərlə qarışdığı daha axıcı və müasir üslub diqqət çəkir.
Şirkət sonuncu dəfə 10 il əvvəl dəyişdirdiyi “G” loqosunu bu dəfə daha fərqli bir vizual estetika ilə yeniləyib. Əvvəllər dörd əsas rəng sərt şəkildə bir-birindən ayrılırdısa, yeni dizaynda rənglər qırmızıdan sarıya, sarıdan yaşıl və yaşıl rəngdən mavi tonlara zərif keçidlər vasitəsilə bir-birinə qarışır. Bu rəng harmoniyasının "Google Gemini"də istifadə olunan paletlə oxşarlıq göstərdiyi qeyd olunur.
Yenilənmiş “G” simvolu ilk olaraq "iPhone" istifadəçilərinə təqdim olunub. Belə ki, "iOS" əməliyyat sistemindəki "Google axtarış" tətbiqinə daxil olan son yeniləmə ilə loqo dəyişib. "Android" istifadəçiləri isə bu dəyişikliyi "Google" tətbiqinin 16.18 beta versiyasında görməyə başlayıblar.
Yeni dizayn xüsusilə tətbiqi əsas ekranda tez-tez istifadə edənlər üçün kiçik, lakin nəzərə çarpacaq bir yenilik kimi qiymətləndirilir.
Hazırda “Google” sözünün yer aldığı əsas loqoda hər hansı bir dəyişiklik edilməyib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay