
12.05.2025 / 22:46
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi
70302
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.
Valyuta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Əliyev Samir İmamverdi oğlu 1976-cı İldə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.
2008-2016-cı illərdə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay