BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70293

Azərbaycanda ev almaqda çətinlik çəkən bəzi sosial qruplar üçün mənzil sahibi olmaq daha asanlaşacaq.

Valyuta.az xəbər verir ki, bu məqsədlə Mənzil Məcəlləsinin 48-ci maddəsinə - “Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri” - dəyişiklik edilib.

Qanunvericiliyə əsasən, sosial kirayə müqavilələri ilə mənzilə ehtiyacı olan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar, o cümlədən gənclər və digər imtiyazlı qruplar dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin oluna bilərlər. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu mənzillər yalnız qeyd olunan kateqoriyalara aid vətəndaşlara sosial kirayə müqavilələri əsasında verilir. Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə başqa qayda göstərilmədiyi halda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi əldə edə bilməzlər.

Millət vəkili Vüqar Bayramov bildirib ki, qanuna edilən dəyişikliklər nəticəsində imtiyazlı şəxslərin pulsuz mənzil əldə etmə meyarları dəqiqləşdirilir və bu proses daha sadə və daha az mərhələli olacaq:

“Hazırkı qanunvericiliyə əsasən, şəhid ailələri, müharibə əlilləri, Çernobıl faciəsi nəticəsində əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlar sosial mənzil fondundan faydalana bilirlər. Yeni dəyişikliklər bu ailələrin daha rahat uçota alınmasına və sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunmasına imkan yaradacaq. Bu da öz növbəsində pulsuz mənzillərə əlçatanlığı artıracaq. Bu gün güzəştli ipoteka hüququ qazanan vətəndaşlar da sosial mənzillərə müraciət edə bilirlər”.

Əmlak məsələləri üzrə ekspert Elnur Əsədov qeyd edib ki, əvvəllər bu cür mənzillər yalnız istifadəyə verilirdi və vətəndaşlar çıxarışla təmin olunmurdu:

“Əvvəllər bu əmlaklar vətəndaşlara sadəcə sərəncamla təqdim olunurdu. Yeni dəyişikliklər isə həmin mənzillərin birbaşa çıxarışla, yəni mülkiyyət hüququ ilə verilməsini nəzərdə tutur”.

Qeyd edək ki, imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə əsasən, ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin olunurlar.

Daha ətraflı məlumat üçün “Report”un hazırladığı videomaterial təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin