
Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 15,04 ton mixək (bütöv meyvələr, çiçəklər, saplaqlar) (doğranmamış və döyülməmiş şəkildə) idxal edilib.
Valyuta.az xəbər verir ki, bu məhsulun idxalı üçün ümumilikdə 119,49 min ABŞ dolları xərclənib.
Məlumata görə, mixəkin idxalı İndoneziya və Madaqaskardan həyata keçirilib.
Statistik məlumatlara əsasən, İndoneziyadan 9 ton mixək gətirilib. Bu partiya üçün ödənilən məbləğ 64,33 min ABŞ dolları təşkil edib. Beləliklə, bu ölkədən idxal edilən mixəyin 1 kiloqramının orta qiyməti təxminən 7,14 dollar, yəni təxminən 12 manat 15 qəpik olub.
Digər tədarük isə Madaqaskardan 6,04 ton həcmində həyata keçirilib. Bu məhsula görə ödənilən məbləğ 55,16 min ABŞ dolları olub. Nəticədə, Madaqaskardan gətirilən 1 kiloqram mixəyin orta qiyməti 9,13 dollar və ya təxminən 15 manat 52 qəpik təşkil edib.
Rəqəmlər göstərir ki, Madaqaskardan idxal edilən mixəyin qiyməti İndoneziyaya nisbətən daha yüksəkdir – hər kiloqramda təxminən 2 dollar və ya 3 manat 30 qəpik fərq var.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay