
12.05.2025 / 12:10
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9,4 faiz artıb
70258
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manat məbləğində vergi daxil olub.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 266,1 milyon manat və ya 4 faiz çoxdur.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948 milyon manatı ötüb. Bu sahədən daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 425,4 milyon manat və ya 9,4 faiz artım göstərib.
Ümumi vergi daxilolmalarının 71,5 faizi qeyri-neft-qaz, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay