
Bir dəfə reklam verməklə nəticə əldə etmək mümkündür?
Şahin Dəniz
Rəqəmsal marketinq mütəxəssisi
Müasir dövrdə rəqəmsal marketinq təkcə satış və reklam vasitəsi deyil, həm də bizneslərin böyümə strategiyalarının əsas sütununa çevrilib. İnternetin və texnologiyanın sürətli inkişafı, istifadəçi davranışlarının rəqəmsal platformalara yönəlməsi, brendləri ənənəvi yanaşmalardan imtina etməyə və yeni trendlərə uyğunlaşmağa məcbur edir.
Rəqəmsal marketinqin gücü - onun ölçüləbilən, hədəfli və dinamik olmasıdır. Bu sahə qlobal iqtisadiyyatın formalaşmasında önəmli rol oynayır: süni intellekt, avtomatlaşdırma, data analitikası və sosial media kimi vasitələr markalara daha yaxın olmaq, istifadəçi təcrübəsini fərdiləşdirmək və bazar payını artırmaq imkanı verir.
Gələcəkdə rəqəmsal marketinq yalnız bir sektorun deyil, bütöv qlobal iqtisadi modelin əsas inkişaf meyarlarından biri olacaq.
Bəs yeni dövrdə bu bizə nə qədər lazımdır?
Çox sadə cavab: hava kimi lazımdır.
Müştərilər mobil telefonlarındadır, sən də orada olmalısan.
Rəqiblərin reklam verir, sən görünməsən, sadəcə yoxsan.
Məlumat axtaran insan ilk “Google”a girir, sən orada çıxmalısan.
Müştəri sənin məhsulunla ilk olaraq “Instagram”, “TikTok” və ya “YouTube”da tanış olur.
Rəqəmsal marketinq olmadan bu dövrdə rəqabət aparmaq artıq demək olar ki, mümkünsüzdür.
Bəzi sahibkarlar eyni zamanda bu barədə ciddi səhvlərə yol verir.
Əsas səhvlər isə bu tempdədir:
"Bir dəfə reklam verim, nəticə gəlsin" düşüncəsi – Halbuki bu, davamlılıq tələb edən prosesdir.
Hədəf kütləni tanımadan reklam vermək - Kimə, nə üçün reklam verdiyini bilməmək büdcənin boşa getməsinə səbəb olur.
Keyfiyyətsiz məzmunla kifayətlənmək - Rəqəmsalda ilk təəssürat hər şeydir.
Yalnız bəyəni və izləyici dalınca qaçmaq - Brendin dəyəri satış və sadiqliklə ölçülür, “like”la yox.
Peşəkar komanda və ya məsləhət almamaq - “Hamısını özüm edərəm” yanaşması uzunmüddətli ziyan gətirir.
Yeni dövrdə uğurlu olmaq istəyən hər bir sahibkar və marka rəqəmsal dünyada öz yerini tutmağı bacarmalıdır. Rəqəmsal marketing artıq sadəcə bir vasitə deyil, bir düşüncə tərzidir. İnkişaf edən texnologiyalarla ayaqlaşmayanlar geridə qalacaq. Amma kim bu dalğanı düzgün sürə bilsə, o zaman yalnız görünməyəcək, iz buraxacaq.
Unutma:
Rəqəmsal görünürsənsə, varsan. Görünmürsənsə, yoxsan.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay