BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70234

Bu sual biznes dünyasında uzun müddətdir müzakirə olunur. Bəzi ekspertlər hesab edir ki, MBA proqramları rəhbərlik bacarıqlarını inkişaf etdirir, strateji düşüncə və qərarvermə imkanlarını gücləndirir, nəticədə bu, karyera yüksəlişində mühüm rol oynayır. Digərləri isə düşünür ki, uğurlu CEO olmaq üçün MBA vacib deyil – əsas məsələ real iş təcrübəsi, çeviklik və liderlik instinktidir.

MBA CEO-lar: Statistikanın göstərdikləri

2022-ci ildə "Fortune 1000" siyahısına daxil olan şirkətlərin rəhbərlərinin təxminən 40%-i MBA dərəcəsinə malikdir.

2023-cü ilin məlumatına görə, "Fortune 100" CEO-larının yalnız 9.8%-i "Ivy League" universitetlərindən MBA diplomu alıb.

LinkedIn 2023 məlumatlarına görə, qlobal səviyyədə yüksək rəhbər vəzifələrdə çalışanların 9.4%-i MBA məzunudur.

“Fortune 500” CEO-larının təhsilinə nəzər salsaq:

34%-i mühəndislik,

15%-i iqtisadiyyat,

11%-i isə biznes sahəsi üzrə təhsil alıb.

Sektorlar üzrə fərq:

Maliyyə və bankçılıq sektorunda CEO-ların təxminən 60%-i MBA sahibidir

Texnologiya sektorunda bu göstərici 25-30%

İstehsalatda isə 35-40% civarındadır.

MBA-nın CEO olmaq üçün üstünlükləri

Strateji düşüncə və liderlik bacarıqları: MBA proqramları rəhbərlərə planlaşdırma, böhran idarəçiliyi və komanda rəhbərliyi sahələrində nəzəri və praktiki bilik qazandırır.

Peşəkar şəbəkə: MBA zamanı qurulan əlaqələr gələcəkdə investor, tərəfdaş və karyera fürsətləri üçün mühüm rol oynayır.

Fərqli sahələr üzrə bilik: Maliyyə, marketinq, əməliyyatlar və insan resursları kimi sahələr üzrə bilik CEO üçün vacib olan çoxşaxəli yanaşmanı formalaşdırır.

Maaş üstünlüyü: MBA məzunlarının illik gəliri orta hesabla 115.000–130.000 dollar səviyyəsindədir. Bu, MBA olmayanlarla müqayisədə 40–50% daha yüksəkdir.

İş məmnuniyyəti: GMAC-ın araşdırmasına görə, MBA sahiblərinin 87%-i karyera qərarlarından razıdır. Eyni göstərici MBA-sız rəhbərlərdə təxminən 70%-dir.

MBA-nın məhdudiyyətləri tənqidlər

Yüksək maliyyət: MBA proqramlarının illik xərci xüsusilə nüfuzlu universitetlərdə 60.000–90.000 dollar, ümumi xərclə isə 100.000 dolları keçə bilər.

Əmək bazarında rəqabət: MBA diplomuna sahib olanların sayı artdıqca, bu dərəcə əvvəlki kimi fərqləndirici təsirini itirir.

Alternativ yolların artması: Startap məktəbləri, onlayn kurslar və mentorluq modeli MBA-ya alternativ kimi daha çevik və sərfəli yollar təklif edir.

Karyera gecikməsi: MBA ilə CEO olanların vəzifəyə gəlmə yaşı 42-45, MBA-sız olanlarda isə 35-40 arasıdır. Yəni MBA bəzi hallarda prosesin uzanmasına səbəb ola bilər.

Uğurlu CEO-ların fikirləri: MBA haqqında düşünürlər? 

Elon Musk: “MBA-lar şirkətləri idarə etmək yerinə, çox vaxt hesabatlarla vaxt itirirlər.”

Warren Buffett: “Mənim uğurum, Columbia Universitetində aldığım mentorluqdan qaynaqlanır, kağız üzərindəki diplomdan yox.”

Indra Nooyi (PepsiCo sabiq CEO-su, MBA məzunu): “MBA mənə struktur və strateji düşüncə verdi – bu olmasaydı, bu qədər böyüməzdim.”

Alternativ təhsil yolları: MBA əvəzinə var? 

Mini-MBA proqramları: Coursera, edX, LinkedIn Learning kimi platformalarda təklif olunan, daha qısa və məqsədyönlü kurslar.

Startap məktəbləri və akseleratorlar: Y Combinator, Techstars kimi proqramlar sahibkarlar üçün real inkişaf mühiti yaradır.

Mentorluq və iş təcrübəsi: Bir çox CEO bacarıqlarını “real döyüş meydanında” – iş həyatında formalaşdırdığını bildirir.

İlk CEO vəzifəsinə qədər keçən illər:

MBA ilə: orta hesabla 13–15 il

MBA-sız: təxminən 10–12 il

Fərqli regionlarda MBA-nın rolu necədir?

ABŞ və Kanada: MBA yüksək rəhbərlik və korporativ yüksəliş üçün əsas vasitələrdən biridir.

Avropa: Daha çox spesifik və tətbiqi magistr proqramlarına üstünlük verilir.

Asiya: MBA burada sosial status və prestij göstəricisi kimi qəbul olunur, xüsusilə Çin və Hindistanda.

MBA almağa dəyərmi? Özünə bu sualları ver

Mənim məqsədim rəhbərlik karyerasıdır, yoxsa sahibkarlıq?

Mənə daha çox şəbəkə və sertifikat lazımdır, yoxsa real təcrübə və praktik bilik?

Borclanmağa və həyatımın 2 ilini bu istiqamətə ayırmağa hazırammı?

Statistikalar göstərir ki, bir çox uğurlu CEO MBA dərəcəsinə malikdir, lakin bu, mütləq şərt deyil. Əsas fərq yaradan amillər – liderlik bacarığı, strateji düşüncə, qərarvermə cəsarəti və çeviklikdir.

MBA bu bacarıqları sistemli şəkildə öyrətmək üçün vasitə ola bilər, lakin alternativ yollar – təcrübə, mentorluq və startap təhsili – eyni hədəfə aparan digər yollardır.

Maya Hüseynova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin