
11.05.2025 / 10:45
"Panasonic" şirkəti 5 min işçisini ixtisar edir
70219
Yaponiyanın elektronika nəhəngi “Panasonic” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.
APA Yaponiya mediasına istinadla xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir.
Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq.
Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək.
Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay