BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70006

Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən əsas məsələlərdən biri onun harada dəfn ediləcəyidir. Bəzi vətəndaşlar üçün məzar yeri onun sağlığında əldə edilir. Təcrübə göstərir ki, qəbir yerləri heç bir halda pulsuz olmur. Hətta məzar yerlərinin kənar şəxslər tərəfindən alınaraq sonradan yüksək qiymətə satılması halları ilə də rastlaşmaq mümkündür. Qiymətlər isə qəbir yerinin yerləşdiyi ərazidən asılı olaraq dəyişir.  

Maraqlıdır, bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir?

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarına əsasən, ölmüş şəxsin qohumları və digərləri qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət etməlidir. Ərizəyə ölüm faktını təsdiq edən sənədin və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Qəbiristanlığın müdiriyyəti ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalıdır. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

Qəbiristanlıqda boş yer olmadıqda və ya bu sənədlər təqdim edilmədikdə, yerin ayrılmasından imtina edilməsi barədə qarşı tərəf dərhal məlumatlandırılmalıdır. 

Qiymətə gəlincə, Azərbaycan Respublikası vətəndaşlarının, ölkədə olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Bundan başqa, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yəni şəxsin ölümündən əvvəl onun üçün məzar yerinin əldə olunması qaydalara ziddir. Qaydalara görə, qonşu qəbir yerinin rezervasiyasına dəfn edilmiş şəxsin yalnız ər və ya arvadına, onların yazılı müraciəti əsasında icazə verilir. 

Hər nə qədər reallıqdan uzaq olsa da, eyni qəbir yerindən təkrar istifadə də mümkündür. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, eyni qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsi, yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya müəyyən səbəblərdən qəbrin köçürülməsi yolu ilə mümkündür. 

Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına ödənilə bilər. Yəni qəbiristanlıqların gəlir mənbələri arasında da qəbir yerlərinin ayrılması ilə bağlı ödənişlər yer almayıb. 

Buradan, həmçinin o da məlum olur ki, pulla əldə edilən qəbir yerlərinin mülkiyyət sənədi mövcud deyil. Bu baxımdan həmin yerlərin qanuni əsaslarla alqı-satqısı da mümkün deyil.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin