BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69520

Müasir texnologiyanın sürətli inkişafı və bank sektorunda rəqəmsallaşmanın genişlənməsi ilə gündəlik maliyyə əməliyyatlarımız daha rahat və əlçatan hala gəlib. Artıq bankların mobil tətbiqləri vasitəsilə evdən çıxmadan, bir neçə toxunuşla istənilən şəxsin bank kartına saniyələr içində pul göndərə bilirik. Bu imkan, vaxt və əmək sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, təcili hallarda da köməyə çatır. Lakin hər nə qədər sistemlər sürətli və effektiv olsa da, bəzən bir rəqəm səhvi ciddi maliyyə problemlərinə yol aça bilər. Bu gün kart nömrəsinin səhv yazılması nəticəsində pulun yanlış hesaba köçürülməsi halları az deyil.

Bəs səhvən başqasının kartına göndərilən pulu necə almaq olar? 
 
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı "Moderator.az" saytına danışan bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaşlar bəzən texniki səbəblər və ya diqqətsizlik nəticəsində pul vəsaitini səhvən başqa bir şəxsin kart hesabına köçürə bilirlər. Bu zaman ilk atılmalı addım həmin şəxsin öz bankına müraciət etməsidir:

“Əgər köçürmə eyni bank daxilində baş veribsə, proses bir qədər sadələşir. Lakin əksər hallarda köçürmənin ünvanlandığı kart başqa bir bankda olur. Bu halda, vətəndaşın bankı həmin digər bankla əlaqə saxlayaraq məlumat ötürür və pulu qəbul edən müştəri ilə əlaqə yaradılır. Bank qarşı tərəfə bildirir ki, onun hesabına səhvən vəsait daxil olub və bu vəsaiti geri qaytarmaq lazımdır. Qarşı tərəf bu halda iki seçim qarşısında qalır: ya könüllü şəkildə pulu geri qaytarır, ya da imtina edir. Qaytarmağa razı olduğu halda belə, həmin bank bu əməliyyata görə müəyyən komissiya haqqı tuta bilər. Məsələn, əgər 100 manat köçürülübsə və bank 1 manat komissiya tutursa, köçürən şəxsə 99 manat geri qaytarılır. Əgər vəsaiti qəbul edən şəxs pulu qaytarmaqdan imtina edərsə, bu zaman vətəndaş məhkəməyə müraciət etməlidir. Lakin burada hüquqi bir məqam da var: banklar məlumatların məxfiliyinə görə qarşı tərəfin – yəni pulu alan şəxsin adını və digər şəxsi məlumatlarını təqdim etmirlər. Bu səbəbdən vətəndaş, ilkin olaraq hansı bankın kartına pul köçürdüyünü bildiyi üçün məhkəmədə həmin bankı cavabdeh qismində göstərməlidir. Məhkəmənin qərarı ilə bank müştərinin (yəni pulu səhvən alan şəxsin) kimliyini açıqlamalı olur və həmin şəxs məhkəmə prosesinə cəlb edilir. Əgər qarşı tərəf məhkəmədə pulu haqlı şəkildə aldığını sübut edə bilməzsə, bu zaman məhkəmə qərarı ilə pul vəsaiti geri qaytarılır”.

Qeyd edək ki, onlayn pul köçürmələri edərkən qarşı tərəfdən aldığınız kartın 16 rəqəmli nömrəsinin düzgünlüyünə diqqət etmək lazımdır. Əməliyyatı ödəniş terminalları vasitəsilə həyata keçirirsizsə, bu zaman 16 rəqəmlə yanaşı, pul göndərdiyiniz şəxsin ad və soyadının ilk hərflərinə də diqqət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin