BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69484

Bəzi insanlar düşünür ki, həyatı və işləri planlı idarə etmək lazımdır. Amma bəzi insanlar spontan, plansız yaşamağa üstünlük verirlər. Yəni düşünürlər ki, gündəlik plan qursalar və o planlardan biri alınmasa, bu, gün boyu işlərinə və o günə mənfi təsir edəcək. Bəzi insanlar isə plan qurmasalar, narahat olur və plansız işlərini düzgün idarə edə bilmədiklərini düşünür. Bəs doğru olan nədir? İş və şəxsi həyatda plan qurmaq vacibdir, yoxsa spontan idarə etmək?

Psixoloq Günel Hacızadə Valyuta.az-a bildirdi ki, adətən, həyatda ən sağlam yanaşma bu ikisinin balansıdır: “Həyatı spontan da, planlı yaşamaq da öz yerində dəyərlidir. Spontan yaşamaq insanı daha elastik edir, dəyişən şəraitə tez uyğunlaşmağa kömək edir. Həyatdan daha çox zövq almağa, gözlənilməz gözəllikləri görməyə şərait yaradır. Ancaq tam spontan yaşamaq uzunmüddətli məqsədlərə çatmaqda çətinlik yarada bilər. Planlı yaşamaq isə məqsədlərə çatmaq üçün ən etibarlı üsuldur. Planlı yaşamaq vaxtdan, enerjidən daha ağıllı istifadə etməyə imkan verir. Lakin həddindən artıq planlı olmaq insanda stres və çevikliyə qarşı müqavimət yarada bilər. Planlar pozulanda narahatlıq çox olur". 

Strateji planlı və gündəlik çevik olma prinsipi ilə hərəkət etmək olar

Psixoloq deyir ki, əsasən böyük məqsədlər üçün planlı olmaq yaxşıdır: “Məsələn, karyera, şəxsi inkişaf, maliyyə idarəsi və.s kimi işlərdə planlı olmaq daha məqsədə uyğundur. Ancaq gündəlik həyatın içində spontanlığa da yer vermək lazımdır. Məsələn, istirahət günündə proqramsız gəzmək, yeni şeylər sınamaq, günü axışına buraxmaq olar. Bir çox uğurlu insanlar “strateji planlı, gündəlik isə çevik” prinsipini tətbiq edir. Yəni, strateji planlı istiqamət sabitdir. Lakin gündəlik addımlar çevik və vəziyyətə uyğun olur, nə qədər planla hərəkət edirsinizsə edin, ani dəyişimlərə, baş verə biləcək situasiyalara hazır olub çevik qərarlar verə bilməlisiniz ki, plandakı sabitlik pozulmasın. Spontanlıq isə elə çevik qərarlar üzərində quruludur və bu hansısa hədəfə çatmaq üzrə qurulmur, bir növ "günü problemsiz ötüşdürmək" kimi olur. Nəticədə kiçik uğurlar da əldə oluna bilər. Lakin böyük hədəf və planlar üçün məqsədəuyğun deyil. Qısacası, hədəfə gedən yol üçün xəritə lazımdır. Sadəcə bu yolda bəzən dayanıb nəfəs almaq da vacibdir".

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin