
25.04.2025 / 15:56
“PAŞA Kapital”da növbəti pozuntu - AMB vəzifəli şəxsini yenə cərimələdi
69304
“PAŞA Kapital” yenə də Mərkəzi Bankın tələblərini pozub.
Valyuta.az xəbər verir ki, AMB tərəfindən investisiya şirkətində kompleks yoxlama aparılıb.
Yoxlama nəticəsində məlum olub ki, şirkətin vəzifəli şəxsi “Marja ticarəti Qaydası”nın 7.2-ci və “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 12.1-ci bəndlərinin tələblərinin pozulub.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə müvafiq olaraq “PAŞA Kapital”ın vəzifəli şəxsi 700 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, bundan əvvəl AMB iki dəfə “PAŞA Kapital”ın vəzifəli şəxsini cərimə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay