
25.04.2025 / 11:45
BOKT-un lisenziyası könüllü şəkildə ləğv edildi
69277
“Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-nin müraciəti əsasında quruma verilmiş lisenziya könüllü şəkildə ləğv olunub.
Valyuta.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 23 aprel 2025-ci il tarixində qəbul edilib.
Məlumata görə, lisenziya 1 noyabr 2014-cü il tarixində, BKT-29 nömrəsi ilə təqdim olunmuşdu. Ləğv qərarı “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.1-ci maddəsinə əsasən qəbul edilib.
Qanunun 25.4-cü maddəsinə əsasən, lisenziyanın ləğv edildiyi tarixdən etibarən təşkilat fəaliyyətini dayandırır və ləğv prosesi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay