BAKU Azərbaycan
18.48°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69235

Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib.

Görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

İqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, bu qərar bank sistemi üçün müsbət hadisədir:

“Əslində, insanların seçim imkanları məhdudlaşmışdı. Vətəndaşlarımız istənilən bankdan maaş və təqaüdlərini ala bilmirdilər. Bəzi banklarda daha yaxşı şərtlər olsa da, vətəndaşlar iri banklarla müqavilə bağlamağa məcbur idilər.  İndi kiçik banklar üçün də imkan yaranır ki, ən azından rəqabətsizlik mühitinin bir hissəsi aradan qalxsın. Pozitiv addımdır, bu məsələ uzun müddətdir müzakirə olunurdu. Mərkəzi Bankın sədri Taleh müəllimin (Taleh Kazımov-red) dediyinə görə yaxın aylarda bu məsələ öz həllini tapacaq. Hər bir kəs öz təqaüdünü, maaşını  istənilən banka keçirə biləcək. Türkiyə telekanallarında maaşınızı, təqaüdünüzü bizim banka köçürün, sizə bu qədər  bonuslar veriləcək deyə  tez-tez reklamlara rast gəlinir. Azərbaycanda da belə bir situasiya ola bilər. Müxtəlif kiçik banklar daha çox müştəri cəlb etmək üçün müəyyən bonuslar, hədiyyələr, daha sərfəli  xidmətlər təklif edəcəklər. Bank sistemi üçün müsbət hadisədir”.

Natiq Cəfərli Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdığını söyləyib:

“Doğru yanaşmadır, amma, problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür. Taleh  müəllim dedi ki, bunun üzərində işləyirlər və gələcəkdə belə  sərbəst vəsaitin bir çox başqa banklarda da yerləşdirilməsi müzakirə oluna bilər.

Digər yandan MB-ın həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bəli, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir, amma, düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar”.

İqtisadçı ekspert Eldəniz Əmirov da görüş barədə məlumat verib: 

"Görüşdə kapital bazarlarının ölkə iqtisadiyyatında maliyyə resurslarının səfərbər olunması, investisiya mühitinin dərinləşməsi və uzunmüddətli maliyyələşmənin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladım Bu səbəbdən, “Kapital bazarları haqqında” qanunun daha təkmil və səmərəli hazırlanmasının vacibliyini qeyd edərək, bu məsələ ilə bağlı iqtisadçı ekspertlərin fikirlərinin öyrənilməsi və birgə müzakirələrin məqsədəuyğun olacağını bildirdim. Həm bu məsələ, həm də depazit mövzusuna dair toxunduğum digər bir məsələ hörmətli Taleh müəllim tərəfindən müsbət qarşılandı və həmfikirlik ifadə edildi".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?

İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub

Dünyanın ən zəngin aşpazları - İlon Maskın qardaşı 500 milyon dollarla ikincidir

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

​Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun

Saxta Twitter işçisinin Harvard süni intellekt startapının təsisçisi olduğu ortaya çıxıb

Bakı məktəblərində monitorinq başlayır - Tarix Açıqlandı

“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olundu

Sumqayıtın məşhur şadlıq sarayları cərimələndi

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

10-11-ci siniflər üçün 767 min manatlıq dərslik nəşr ediləcək

Bakının bu ərazisində bulvar salınacaq

Dələduzluq edən "vəzifəli şəxs" tutuldu

“eManat”dan “Expressbank”a transfer

Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək

Nazirliyin keçmiş baş mühasibi həbsdə vəfat etdi

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Avro bahalaşdı - Günün məzənnəsi

ÜTT rəhbəri: "ABŞ-ın tarif razılaşmaları qlobal ticarətdə bərabərliyə zərər verəcək"

Bədən dilində 12 qızıl qayda uğur gətirir - SƏHƏR OXUSU

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin