BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9496
  • RUB
    2.1656
  • TRY
    0.043
  • GBP
    2.2799
70513

Bədən dili, şəxsi və peşəkar həyatımızda özümüzü ifadə etməyin və qarşı tərəfə mesaj ötürməyin güclü vasitəsidir. Xüsusilə iş həyatında, bədən dilinin düzgün və təsirli istifadəsi etibarlı və inandırıcı bir imic yaratmaq üçün vacibdir. Bədən dili, qeyri-şifahi ünsiyyət forması olaraq, insanların hisslərini, düşüncələrini və münasibətlərini ifadə etməyə kömək edir. 

Araşdırmalar göstərir ki, ünsiyyətin təsirli olması üçün sözlər 10%, səs tonu 30%, bədən dili isə 60% rol oynayır.

Bu, bədən dilinin ünsiyyətdə nə qədər əhəmiyyətli olduğunu vurğulayır. Məsələn, dik duruş, göz təması və açıq jestlər, qarşı tərəfə özünəinam və səmimiyyət mesajı verir. 

İş həyatında bədən dilindən səmərəli istifadə etmək, yalnız şəxsi inkişaf və karyera müvəffəqiyyəti üçün deyil, həm də komanda daxilində əməkdaşlıq və hörmətin qurulması üçün əhəmiyyətlidir. Bu səbəbdən, bədən dilinin düzgün başa düşülməsi və istifadəsi, peşəkar münasibətlərin inkişafında mühüm rol oynayır.

Valyuta.az iş həyatında uğurlu ünsiyyət üçün diqqət yetirməli olacağınız əsas bədən dili qaydasını təqdim edir:

Dik dayanın

Belini əyib durmaq yorğun və özünə inamsız görünməyə səbəb olur. Dik duruş isə güvən və peşəkarlıq təəssüratı yaradır.

Lazımsız əl jestləri də həqiqəti söyləmədiyiniz anlamına gələ bilər.

Kiçik, idarə olunan əl hərəkətləri liderlik və güvən əlamətidir. Qollarınızı açmaq və ovuclarınızı göstərmək kimi şeylər gizlədəcək nəyinizinsə olmadığını göstərir.

Qollarınızı ayaqlarınızı çarpazlamayın 

Bu, müdafiə və ya qapalı bir mövqe kimi qəbul edilə bilər. Əllərinizi sərbəst və açıq tutmaq daha müsbət təsir bağışlayır. 

Göz təması qurun 

Göz təması diqqət və hörmətin göstəricisidir. Ancaq bunu təbii və rahat şəkildə etmək vacibdir. 

Saatınıza baxmaqdan çəkinin 

Söhbət zamanı tez-tez saata baxmaq qarşı tərəfə tələsdiyiniz və ya maraqsız olduğunuz mesajını verə bilər.

Əllərinizi danışığınıza uyğun şəkildə istifadə edin 

Əllərinizi danışığınızla uyğun şəkildə istifadə etmək ifadələrinizi gücləndirə bilər. Ancaq həddindən artıq hərəkətlərdən çəkinin.

Təbii səmimi gülümsəyin 

Gülümsəmək dostcanlı və açıq olduğunuzu göstərir. Ancaq bunu süni və ya məcburi etməməyə çalışın. 

Yumruqlarınızı sıxmayın

Yumruq sıxmaq gərginlik və müdafiə mövqeyi kimi qəbul edilə bilər. Əllərinizi rahat və açıq tutmaq daha müsbət təsir bağışlayır. 

Davamlı olaraq başınızı yelləməyin

Hər deyiləni başınızla təsdiq etmək, öz fikrinizin olmadığını və ya qarşı tərəfi təsdiqləmək məcburiyyətində olduğunuzu göstərə bilər. Bunu təbii və uyğun hallarda edin. 

Göz təmasından qaçmayın

Bu insanlarda nəyisə gizlətdiyinizi düşünməyə vadar edir və onları şübhələndirir. Göz təması qurmamaq həm də özünə inamsızlıq və maraqsızlıq deməkdir.

Danışarkən yerə baxmaq da özünüzə inamsızlıq hissi yaradır və sözlərinizin təsirini azaldır. Vacib və mürəkkəb mövzularda birbaşa göz təması qurmaq çox vacibdir.

Göz təması saxlamaq həm də özünə inam, liderlik, güc və zəka əlamətidir. Daimi göz təması qurmaq mümkün olmasa belə, göz təmasından qaçmaq qətiyyən yolverilməzdir.

Narahatedici baxışlarla baxmayın

Belə baxışlarla baxmaq aqressivlik və dominantlıq əlamətidir. Məsələn, bir amerikalı 7-10 saniyə göz təmasını saxlayır. Göz təmasını necə kəsməyin belə bir mənası var. Aşağı baxmaq təslim olmaq, sağa və ya sola baxmaq özünə inam əlamətidir.

Gözləri tez-tez qarşındakı şəxsdən qaçırtmaq

Bu həm də hörmətsizlik və dözümsüzlük deməkdir. Ancaq unutmayın ki, bu jest şüurlu şəkildə edilir və gözlərinizi qaçırmaqdan çəkinə bilərsiniz. 

Qaşqabaq ya narahat üz ifadəsi 

Belə ifadə həm də mövcud vəziyyətinizdən razı olmadığınız deməkdir. İnsanlar sizi narahat etdiklərini düşünür və sizdən uzaqlaşmağa çalışırlar. Gülümsəmək sizin açıq, etibarlı və dost olduğunuz deməkdir. Psixoloji araşdırmalar göstərib ki, beyin gülümsəyən insana daha müsbət siqnal verir.

Bu qaydalara riayət edərək iş həyatında daha təsirli ünsiyyət qurmaq və peşəkar imic yaratmaq mümkündür. Unutmayın ki, bədən dili sözlərdən daha çox şey ifadə edə bilər və doğru istifadə edildikdə iş həyatınızda müsbət təsir yarada bilər.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" bir az da gerilədi - Altcoinlər də dəyər itirir

İşdə uğur qazanmağın yolu - Motivasiya niyə vacibdir? - SƏHƏR OXUSU

97 min manat borcu olan şirkət kimindir?

"OpenAI" xəbərdarlıq edir: ChatGPT vasitəsilə bioloji silahların yaradılması riski artır

Otellərin ulduz reytinq sistemi nədir?

Otellərin ulduz reytinq sistemi nədir?

Cəbrayılda xəstəxana tikintisi ilə bağlı daha bir tender

Azərbaycan startapı Clopos 800 min dollar investisiya alıb

Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim əlavə dərs saatı tələb edə bilər?

Süni intellekt ofislərdə yeni normaya çevirilir - ABŞ-da artıq 40 faizdir...

10 manatlıq şirkətin 109 min manat vergi borcu var

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır: İstifadəçilər imtina edir

Nazirliyin idarəsi bu şirkətdən 19 milyonluq dəftərxana və təsərrüfat malları alır

Bu MMC-nin baş direktoru əmək müqaviləsinə əməl etməyib

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

Türkiyə "Google"a qarşı araşdırmaya başladı

48 saat əvvəl sifariş, 18 karatlıq qızıl qaşıqla servis ... - Status simvolu qida

Bu agentliyə məxsus avtomobil hərraca çıxarılır

Rəsmiyyə Həşimovaya vəzifə verildi

Sabah rəsmi iş günü olacaq - QƏRAR

Ötən sertifikasiyadan keçə bilməmişdi, bu il 59 bal topladı

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

Bu ölkədən ədədi 1845 manatdan binokl almışıq

"Apple" Trampın tələbinə baxmayaraq, Hindistanda "iPhone" istehsal edəcək

Ronaldo karyerası bitdikdən sonra necə qazanacaq?

Bakının bu küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq

Ağdamın bu kəndlərində tibb məntəqələri tikiləcək – 700 min manatlıq layihə

Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum oldu

Bu ölkədə ən böyük süni intellekt məlumat mərkəzi inşa olunacaq

“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin