BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9588
  • RUB
    2.1656
  • TRY
    0.0429
  • GBP
    2.2867
70541

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün üçüncü dalğasına start verir.

16 may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram 2 kateqoriya üzrə baş tutacaq.

Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər.

Mikro bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.    

Mükafat fondu 60 000 manat olan müsabiqə çərçivəsində iştirakçılar münsifələr heyətinə bizneslərinin inkişaf planını təqdim etməlidirlər. Bundan öncə onlar proqramın 4 əsas mərhələsini tamamlamalıdırlar. Belə ki, ilk onlayn tədris mərhələsində iştirakçılar bazar araşdırması, marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və digər mövzular üzrə video mühazirələrdən yararlana biləcəklər. Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən “She’s Next” rəqəmsal platformasında yerləşdiriləcək.

Mühazirələri dinləyib test mərhələsini uğurla tamamlayan iştirakçılar 13 iyun 2025-ci il tarixinədək müsabiqə mərhələsi üçün ərizə verə bilərlər. Bu mərhələdə iştirakçının motivasiya məktubu və biznesinə dair video təqdimat göndərməsi mütləqdir. 2-ci mərhələnin dəyərləndirməsinin ardından 10 finalçı mentorluq sessiyalarına qoşulmaq şansı əldə edəcək. Bu mərhələdə Azərbaycanın aparıcı biznes ekspertləri mentor qismində finalçılarla fərdi sessiyalar keçirəcəklər.

Final mərhələsi isə 11 iyul 2025-ci il tarixində Bakıda baş tutacaq. Son mərhələdə finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək. Üçüncü yerin sahibi 5000 manata, ikinci yerin sahibi 10 000 manata, layihənin  birincisi isə əsas mükafata 15 000 manata sahib olacaq.

Qeyd edək ki, müsabiqədə iştirak üçün 10 iyun 2025-ci il tarixinədək proqramın saytından ərizə ilə müraciət etmək lazımdır.

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri, zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və digər rəqəmsal xidmətlər bu imkanlara daxildir. Bank üçün prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata keçirib. Biznes kartları vasitəsilə sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. Qeyd edək ki, son iki ildə Birbank Biznes-in onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5 dəfə artıb. Eyni zamanda, qadın sahibkarlara verilən mikro kreditlərin ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: //birbank.business/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkədən 2 manat 55 qəpiyə donuz əti almışıq

Bu ölkədən 2 manat 55 qəpiyə donuz əti almışıq

Regionda alovlanan münaqişələr - Azərbaycanda evlər bahalaşacaq?

Azərbaycanda pensiya təminatında yenilik

Bu məhsulun istehsalı azalıb

Bu məhsulun istehsalı azalıb

Azərbaycanda universitet məzunlarının sayı artıb

80 ildən sonra torpaq altından çıxdı: Yüz milyonlarla dəyəri var

"Bitcoin" kəskin dəyər itirir - 99 min dollar oldu

Azərbaycanda ən çox hansı ölkələrdən tələbələr oxuyur?

İşinizin sizə uyğun olmadığını göstərən 10 əlamət

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin