BAKU Azərbaycan
18.48°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69074

Dünyanın ən böyük elektrikli nəqliyyat vasitələri batareya istehsalçısı olan Çin şirkəti "Contemporary Amperex Technology Company Limited" (CATL) elektrikli avtomobil sənayesində yeni bir mərhələ açacaq texnologiyasını təqdim edib. 

Valyuta.az xəbər verir ki, şirkət yalnız 5 dəqiqəlik enerji doldurma ilə 800 kilometrə qədər məsafə qət etməyə imkan verən ikinci nəsil "Shenxing" batareyasını təqdim edib.

CATL tərəfindən "WeChat" sosial şəbəkəsində yayımlanan məlumatda qeyd olunur ki, yeni "Shenxing" batareyası 5 dəqiqəlik enerji ilə avtomobilə 520 kilometr əlavə yürüş məsafəsi qazandırır. Bu müddət, adi yanacaqlı avtomobillərin yanacaq doldurma vaxtı ilə müqayisə oluna biləcək qədər qısadır.

CATL-nin bu yeniliyi, sektorda sürətli enerji doldurma sahəsində öncül sayılan "Tesla" və "BYD" şirkətlərini də geridə qoyur. Məsələn, BYD ötən ay 5 dəqiqədə 400 kilometr yürüş təmin edən sistemini təqdim etmiş, ancaq bəzi analitiklər texniki çətinliklər və yüksək xərclər səbəbindən bu texnologiyanın geniş tətbiqinə şübhə ilə yanaşmışdılar.

Əgər CATL-nin texnologiyası genişmiqyaslı şəkildə tətbiq oluna bilərsə, bu, elektrikli avtomobil istifadəçilərinin ən böyük narahatlığı olan yürüş məsafəsi və şarj müddəti ilə bağlı problemləri əhəmiyyətli dərəcədə azalda bilər.

Yeni "Shenxing" batareyasının texniki xüsusiyyətləri:

* Yürüş məsafəsi: 800 kilometr
* Şarj gücü: 1,3 meqavat
* İşləmə temperaturu: -10°C-də yüksək performans

Bundan əlavə, CATL bazara "Naxtra" seriyasından olan və dünyanın ilk kütləvi istehsal olunan sodyum-ion batareyasını da təqdim edib. Bu texnologiya litiuma olan asılılığı azaltmaqla yanaşı, xərcləri aşağı salmağı və -40°C-dən +70°C-yə qədər olan ekstremal temperatur şəraitində işləmə qabiliyyətini təmin etməyi hədəfləyir.

Xüsusilə ağır tonnajlı yük maşınları üçün nəzərdə tutulmuş bu sodyum-ion batareyaların 8 ildən çox xidmət müddəti olduğu və ənənəvi qurğuşun-turşu batareyalara nisbətən daha aşağı dövrü xərclər və daha yüksək səmərəlilik təmin etdiyi bildirilir.

CATL-nin Şenzen birjasında listələnən səhmləri bu açıqlamadan sonra təxminən 1% artıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp Yaxın Şərq turunda ABŞ-a 12-13 trilyon dollarlıq sərmayə toplayıb

Azərbaycanlılar bu ölkədə 4 ayda 262 mənzil alıblar

Taksilərlə bağlı yeni tələblər - Dəyişikliklər var

"Formula 1" "Sea Breeze"dəki süni adada keçiriləcək

Əmək pensiyaları ilə bağlı yenilik - Qanun Dəyişir

2 milyon manata bağça satılır

1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?

İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub

Dünyanın ən zəngin aşpazları - İlon Maskın qardaşı 500 milyon dollarla ikincidir

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

​Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun

Saxta Twitter işçisinin Harvard süni intellekt startapının təsisçisi olduğu ortaya çıxıb

Bakı məktəblərində monitorinq başlayır - Tarix Açıqlandı

“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olundu

Sumqayıtın məşhur şadlıq sarayları cərimələndi

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

10-11-ci siniflər üçün 767 min manatlıq dərslik nəşr ediləcək

Bakının bu ərazisində bulvar salınacaq

Dələduzluq edən "vəzifəli şəxs" tutuldu

“eManat”dan “Expressbank”a transfer

Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək

Nazirliyin keçmiş baş mühasibi həbsdə vəfat etdi

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Avro bahalaşdı - Günün məzənnəsi

ÜTT rəhbəri: "ABŞ-ın tarif razılaşmaları qlobal ticarətdə bərabərliyə zərər verəcək"

Bədən dilində 12 qızıl qayda uğur gətirir - SƏHƏR OXUSU

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin