
İlk rübdə çay idxalı 25 milyon dolları keçib
Bu ilin ilk rübündə Azərbaycana 4 min 134.23 ton dəyərində çay idxal olunub.
Valyuta.az xəbər verir ki, idxal prosesi 25 milyon 407.30 min ABŞ dolları hesabına başa gəlib. Ümumilikdə isə idxal etdiyimiz mallar arasında çay ümumi idxalın 0.45%-ni tutub.
Ötən ilin eyni dövründə isə çay idxalı 2 min 366.61 ton təşkil edib. Bu idxal üçün 11 milyon 710,80 min ABŞ dolları ödənilib.
İllik müqayisə üçün bildirək ki, çay idxalında 1 767,62 ton artım müşahidə olunub, bu da idxalda 74,7% artım deməkdir.
Çay idxalında statistik dəyər üzrə göstəricidədə artım olub. Belə ki, 2,16 dəfə və ya 13 milyon 696,50 min ABŞ dollar dəyərində azalma olub.
Qeyd edək ki, 2024-cü ilin ilk 3 ayında çay idxalı ümumi idxalın 0,32%-ni təşkil edib. Beləliklə, bu məhsul üzrə ümumi idxalda da 0,13% artım qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay