BAKU Azərbaycan
21.01°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68729

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ticarət müharibəsindəki gərginliyin artması səbəbilə qlobal iqtisadi artım proqnozunu aşağı salaraq, 2025-ci il üçün dünya iqtisadiyyatının 1,9 faiz artacağını bildirib. 

Valyuta.az xəbər verir ki, bu göstərici, mart ayında açıqlanmış əvvəlki proqnozda 2,3 faiz olub.

"Fitch" bu düzəlişi xüsusi olaraq yayımladığı Qlobal İqtisadi Görünüş hesabatında əks etdirib. Bildirilir ki, qlobal ticarət müharibəsindəki ciddi artım, dünya üzrə iqtisadi artım proqnozunun kəskin şəkildə azaldılmasına səbəb olub.

Açıqlamada ABŞ iqtisadiyyatının bu il ümumilikdə 1,2 faiz artacağı, lakin ilin sonuna doğru artım tempinin azalaraq dördüncü rübdə cəmi 0,4 faiz olacağı qeyd edilib.

Eyni zamanda, Çin iqtisadiyyatının bu il və gələn il 4 faizdən aşağı səviyyədə böyüyəcəyi, Avrozonanın isə 1 faizin xeyli altında qalacağı proqnozlaşdırılıb.

Qeyd olunub ki, 1,9 faizlik artım göstəricisi, COVID-19 pandemiyası istisna olmaqla, 2009-cu ildən bəri qlobal iqtisadiyyat üçün ən zəif artım səviyyəsi olacaq.

Hesabatda Trampın tətbiq etdiyi "Azadlıq Günü" tariflərinin gözləniləndən daha sərt olduğu vurğulanaraq, əlavə tariflərin 90 gün müddətinə dayandırıldığı, lakin Çin və ABŞ arasında qarşılıqlı tədbirlərlə tariflərin 100 faizin üzərinə yüksəldiyi bildirilib.

Tarif artımlarının ABŞ-Çin ticarət axınına əhəmiyyətli təsir göstərəcəyi və ABŞ iqtisadiyyatında təklif şokunun daha aydın şəkildə hiss oluna biləcəyi vurğulanıb. Bu səbəblə, ABŞ üçün inflyasiya proqnozu 4 faizdən yuxarıya yenidən nəzərdən keçirilib.

Açıqlamada deyilir: "Böyük siyasət qeyri-müəyyənliyi işgüzar dairələrin investisiya gözləntilərinə zərər vurur, səhm qiymətlərindəki enişlər ailələrin sərvətini azaldır və ABŞ ixracatçıları qarşılıqlı tədbirlərdən təsirlənəcək".

Çin iqtisadiyyatının ötən il gözləniləndən daha sürətli artdığı, lakin artımın üçdə birinin xalis ticarətlə bağlı olduğu qeyd edilərək, yaxın aylarda bu artımın ciddi şəkildə yavaşlayacağı proqnozlaşdırılıb.

Açıqlamada bildirilir ki, növbəti 18 ay ərzində ABŞ-ın gömrük gəlirlərinin bir hissəsinin iqtisadiyyata, o cümlədən vergi endirimləri vasitəsilə geri dönəcəyi gözlənilir. Lakin ABŞ və Çin iqtisadiyyatlarının zəifləməsi yayılma təsirlərinin daha geniş miqyasda hiss olunmasına səbəb olacaq.

Bununla belə, ABŞ Mərkəzi Bankının (FED) faiz endiriminə getmədən öncə 2025-ci ilin dördüncü rübünə qədər gözləyəcəyi proqnozlaşdırılıb. ABŞ-da son iki ay ərzində orta müddətli inflyasiya gözləntilərinin narahatedici şəkildə artdığı da vurğulanıb.

"ABŞ dollarındakı gözlənilməz zəifləmə digər mərkəzi banklara pul siyasətində yumşalma üçün daha çox imkan yaradıb və indi Avropa Mərkəzi Bankından (ECB) və inkişaf etməkdə olan bazarlardan daha dərin faiz endirimləri gözlənilir", deyə bildirilib.

Əlavə edilib ki, əmtəə qiymətlərinin aşağı olması, iqtisadi artım zəiflədikcə ABŞ-dan kənarda daha sürətli pul siyasəti yumşalmasına şərait yaradacaq. Bu çərçivədə 2025-ci il üçün "Brent" markalı neftin qiymət proqnozu 5 dollar azaldılaraq 65 dollara endirilib.

"Fitch"in mart ayındakı hesabatında 2025-ci il üçün ABŞ iqtisadiyyatının 1,7 faiz, Avrozonanın 0,7 faiz, Çinin isə 4,4 faiz artacağı proqnozlaşdırılmışdı. Lakin son yeniləməyə görə bu rəqəmlər müvafiq olaraq ABŞ üçün 1,2 faizə, Avrozonaya üçün 0,6 faizə və Çin üçün 3,9 faizə endirilib.

Yaponiyanın bu il üçün böyümə proqnozu 0,8 faiz, Birləşmiş Krallıq üçün isə 1 faiz olaraq göstərilib. 

Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarda isə bu il üçün artım 2,5 faiz, 2026-cı il üçün isə 3,5 faiz olaraq nəzərdə tutulub.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

AZCON-un bu departamentinə rəhbər təyin edildi

Sərgidə satış qiymətləri normal bazar ilə eyni olmalıdır? - EKSPERT

Bu tarixdə ölkədə iş olmayacaq

Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq

Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”®

Azərbaycan dünya startap reytinqində irəlilədi

Bu cərimə 55 manatdan 500 manata qaldırılır

“İnternational HR Summit 2025”də İnsan Resurslarının gələcək hədəfləri müzakirə olunur

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təhlükəsizlik göstəriciləri ən pis olan 10 sərnişin təyyarəsi - SİYAHI

Boşanma prosesi nə qədər vaxt aparır?

İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu

İş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi?

Sabah 30 dərəcə isti olacaq

İnzibati cərimələrdə bu şəxslərə 10 faizlik güzəşt tətbiq ediləcək

"Son zəng"in keçiriləcəyi tarix açıqlandı

Sürücülərin Nəzərinə! - Cərimələrlə bağlı yenilik olacaq

ABŞ-ın ən böyük avtomobil istehsalçısı Çinə ixracını dayandırdı

Azərbaycan Texniki Universitetinin startapı 1 500 dollar qazandı

Beyləqanın icra başçısı bəzi işçiləri vəzifəsindən azad edib - SİYAHI

Beyləqanın icra başçısı bəzi işçiləri vəzifəsindən azad edib - SİYAHI

Azərbaycanda yaşayış minimumu haqqında qanun dəyişir

Azərbaycanda unun topdansatış QİYMƏTLƏRİ

Banklar yüksək maaşlı müştərilərə niyə bəzən az kredit verir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin