BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
68702

Bəzən sosial şəbəkələrdə paylaşdığımız videoda hansısa bir musiqidən istifadə edir və yaxud elə mahnının özünü paylaşırıq. Çox vaxt həmin musiqilərin səsi “siz olduğunuz regionda müəlliflik hüququ tanınmır” ifadəsi yazılaraq kəsilir. 

Unutmayaq ki, bir musiqidə müəlliflik hüququ intellektual mülkiyyətin ən vacib sahələrindən biri olmaqla, yaradıcı insanların əməklərinin qorunmasını təmin edən hüquqi mexanizmdir. Əsərlər yaradıldıqca, onların qanuni sahibliyinin tanınması və hüquqlarının qorunması aktuallıq qazanır. Zamanla texnologiyanın və rəqəmsal platformaların inkişafı bu hüquqların qorunmasını həm asanlaşdırıb, həm də çətinləşdirib.

Azərbaycan qanunvericiliyinə əsasən, müəlliflik hüququ əsərin yaradıldığı andan etibarən yaranır və müəllifin hüquqları birbaşa olaraq tanınır. 

Rəqəmsallaşan dünyada müəllif hüququnun qorunması mexanizmləri necə işləyir və ölkədə bu sahədə vəziyyət hansı səviyyədədir? “Siz olduğunuz regionda müəlliflik hüququ tanınmır” ifadəsinin mənası nədir?

Valyuta.az-ın məlumatına görə, bu ifadə o deməkdir ki, yaşadığınız və ya daxil olduğunuz coğrafi bölgədə, baxmaq istədiyiniz məzmun (məsələn, video, musiqi, kitab, proqram və s.) müəlliflik hüquqları ilə qorunmur və ya bu hüquq orada hüquqi qüvvəyə malik deyil.

Belə xəbərdarlıqla əsasən bu hallarda qarşılaşırıq:

Rəqəmsal platformalar və məhdudiyyətlər

“YouTube”da bir videonu açmaq istədikdə “bu video sizin bölgənizdə mövcud deyil” və ya “sizin bölgədə müəlliflik hüququ tanınmır” kimi bildirişlərlə qarşılaşa bilərsiniz.

Bu halda deməkdir ki, video yalnız bəzi ölkələrdə yayımlanmasına icazə verilib.

Sizin olduğunuz ölkədə hüquqi razılıq olmadığı üçün platforma həmin məzmunu orada göstərmir.

Lisenziya və yayım hüquqları

Müəlliflik hüquqları regionlara görə fərqli şəkildə tətbiq olunur. Məsələn, bəzi filmlər və ya seriallar müəyyən ölkələrdə lisenziyalaşdırılmayıb.

Musiqi və ya e-kitablar yalnız bəzi bölgələrdə satıla bilər. Bu səbəbdən, platformalar (məsələn, “Spotify”, “Netflix”, “Kindle” və s.) belə məzmunu sizin bölgədə əlçatan etməyə bilər.

Bəs  “istifadə olunan musiqi sizin olduğunuz regionda müəlliflik hüquqları ilə qorunmur” nə deməkdir?

Bu o deməkdir ki, sənin videona əlavə etdiyin musiqi əslində bir müəllifə və ya şirkətə məxsusdur. Onlar bu musiqinin hər ölkədə sərbəst istifadə edilməsinə icazə verməyiblər. Sənin yerləşdiyin regionda hüquqlar mövcud deyil. O musiqini istifadə etmək üçün platforma sənin bölgəndə (məsələn, Azərbaycanda) lisenziya ala bilməyib. Ona görə ya video səssizləşdirilir, ya bağlanır, ya da bəzən sadəcə musiqisiz paylaşılır.

Sosial şəbəkələr isə bəzən videonu səssizləşdirir, musiqi hissəsi eşidilməz olur.

Bəzən videonu bloklayır, ümumiyyətlə baxmaq olmur.

Elə olur ki, yalnız bəzi ölkələrdə göstərilməsinə icazə verir, yəni dostun başqa ölkədədirsə, o görə bilir, amma sən yox.

Bəzən “dispute” (etiraz) etməyə imkan verir. Əgər musiqini istifadə etməyə icazən varsa (məsələn, öz yaradıcılığındır), bu zaman dəlil göndərib vəziyyəti izah edə bilərsən.

Belə olanda nə etmək lazımdır?

Əgər belə problemlərlə qarşılaşırsansa və videonu problemsiz paylaşmaq istəyirsənsə, tanınmış mahnılar əvəzinə müəllif hüququ olmayan (royalty-free) musiqilərdən istifadə edə bilərsən.

“YouTube Audio Library”, “Facebook Creator Studio” və ya başqa açıq musiqi resurslarına baxa bilərsən.

Bundan başqa,  öz yaratdığın musiqi varsa, onu rahat istifadə edə bilərsən.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin