BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.9315
  • RUB
    2.042
  • TRY
    0.0446
  • GBP
    2.2456
68613

Aprel ayının 14-də Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Valyuta.az xəbər verir ki, Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin, həmçinin Rayon Ağsaqqallar Şurasının dünyasını dəyişən sədri Vəliyəddin İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları və tədbir iştirakçılarını salamlayaraq respublika ağsaqqallarının, eləcə də Kəlbəcər rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatındakı rolundan, səmərəli fəaliyyətindən danışıb. Vurğulayıb ki, 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma el-obalarından didərgin düşən Kəlbəcər sakinləri, o cümlədən ağsaqqallar haqqın, ədalətin qalib gələcəyinə heç zaman ümidlərini itirməyiblər, daim dövlətin, xalqın yanında olublar. Harada məskunlaşmalarından asılı olmayaraq, hər zaman dövlətçiliyə xidmət ediblər. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilən Kəlbəcər rayonunda aparılan geniş vüsətli quruculuq işlərindən də ətraflı söhbət açaraq, artıq kəlbəcərlilərin yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlarını bildirib. Rayon Ağsaqqallar Şurasının növbəti tədbirlərinin doğma Kəlbəcərdə keçirilməsi arzusunu dilə gətirən Azər Qocayev çıxışının sonunda yeni sədrin seçilməsi məqsədilə keçirilən konfransın işinə uğurlar diləyib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq kəlbəcərli ağsaqqallarla növbəti görüşdən məmnun olduğunu bildirib. Ağsaqqallıq institutunun tarixindən, keçdiyi inkişaf yolundan söz açan natiq Azərbaycanın hər bölgəsində olduğu kimi, ölkəmizin sazlı-sözlü dilbər guşəsi olan Kəlbəcərdə də ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının hər zaman böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir ruhunun daşıyıcısı, tanınmış ziyalı, mərhum el ağsaqqalı Qənbər Qurbanovun da uzun müddət Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edib. Bayram Yusifov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şurada həyata keçirilən işlərdən də ətraflı bəhs edib. Bildirib ki, ağsaqqallar hər zaman olduğu kimi bu gün də şəhər və rayonlarda öz fəaliyyətlərini icra hakimiyyətləri, YAP və digər təşkilatlarla birgə səmərəli əməkdaşlıq şəklində quraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləməli, öz ağsaqqallıq missiyalarını daim yüksək səviyyədə həyata keçirməlidirlər. Natiq, həmçinin, müasir texnologiyalar, süni intellekt dövründə gənclərimizin milli adət-ənənələrə, dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu, onların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. Çıxışının sonunda Bayram Yusifov bütün ağsaqqallara möhkəm cansağlığı və işlərində uğurlar diləyib.

Sonra təşkilati məsələlər müzakirə edilib. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri seçilib.

Aqil Məmmədov ona göstərilən etimada görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə, həmçinin rayon ağsaqqallarına minnətdarlığını bildirərək vurğulayıb ki, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi və inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şöbə müdiri “Premium Bank”ın 461 min 170 manat pulunu kiberdələduzlara ötürüb

İtaliyanın məşhur moda evinin mənfəəti 22% azalıb

"Apple Vision Air" iddiaları güclənir: Daha münasib qiymətli "Vision Pro" gəlirmi?

Çinə qarşı yeni addım: Gəmi sahiblərindən və operatorlarından rüsum alınacaq

Nazirliyə məxsus iki avtomobil hərracda satılacaq

"Uber" türk şirkətini almaq istəyir

“Azsement LTD” vergi borcunu ödəyə bilmir? – 260 minə manata çatdı

"Facebook" aktivliyini artırmaq üçün qəribə təklif: Dost siyahılarını sıfırlayın

Əmanətlərin Sığortalanması Fondu aktivlərini 15 % artırıb

İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də layihələrlə tanış olublar - YENİLƏNİB

Vergi sisteminə giriş məlumatları risk altındadır – DVX xəbərdarlıq edir

Dünyanın ən bahalı ali məktəbləri… - Siyahı

Dünyanın ən bahalı ali məktəbləri… - Siyahı

Tunel tikintisinə görə nəqliyyatda dəyişikliklər ediləcək

Azərbaycanın icmal büdcəsində iki milyard manata yaxın qalıq yaranıb

Bu il müavinət və təqaüdlərdə də növbəti artımlar ediləcək

Polşa Azərbaycana yeni səfir təyin edib

Azərbaycanın dövlət borcu açıqlandı

Kredit ödənişi bitməyən məhsulu sata bilərik?

Bakının 7 rayonunda parklar yenidən qurulacaq

Broyler şirkəti borca düşdü, direktoru dəyişəcək

“Gloria Jean's Coffees Azerbaijan” cərimələndi - Hava təmizləyiciləri işləmirmiş...

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq

Azərbaycana gələn turistlərin sayı niyə azalıb?

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNATLAR

Sürücülərin nəzərinə - Bakının bu küçələri bağlanır

Azərbaycanda dərman istehsalı ilə bağlı tələblər dəyişdi

İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”dəki layihələrlə tanış olublar

İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”dəki layihələrlə tanış olublar

Bakıda fantastik qiymətə malikanə satılır - FOTOLAR

Adı siyahıda olmayan plastik cərrahlarla bağlı RƏSMİ açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin