
15.04.2025 / 14:10
“Aqrarkredit”də Məmməd Musayevi əvəzləyəcək şəxs açıqlandı
68596
İndiyə qədər “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olan Məmməd Musayev vəzifəsindən gedir.
Valyuta.az xəbər verir ki, bununla bağlı “Aqrarkredit”in Səhmdarının növbədənkənar ümumi yığıncağında qərar qəbul edilib.
Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər.
Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.
İ.Kələşov indiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) İpoteka kreditləşməsi üzrə direktoru vəzifəsində çalışırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay