
Dolların itkiləri artır: Ekspertlərin nə deyir?
ABŞ iqtisadiyyatında tarifələrin təsiri özünü kəskin şəkildə göstərməyə başlayıb.
Valyuta.az xəbər verir ki, dollar digər valyutalar qarşısında zəifləyərək 2025-ci ilin ən aşağı səviyyəsinə düşüb.
Ticarətçilərin populyar istehlak elektronika məhsullarına tətbiq ediləcək gömrük rüsumlarının təxirə salınmasını gözləməsi və ABŞ prezidenti Donald Trampın texnologiya sektoruna tanınan güzəştləri kiçimsəməsi nəticəsində dollar ardıcıl beşinci sessiyada da dəyər itirib.
Dolların geriləməsi davam edir
"Bloomberg Dollar Spot" İndeksi bazar ertəsi günü 0,4 faiz azalıb. Bu, Çin ilə ticarət gərginliyinin artması və qlobal iqtisadi artıma dair artan narahatlıqlar fonunda ötən həftə qeydə alınan 2,4 faizlik azalma tendensiyasını davam etdirib. Bu dinamika göstəricini sonuncu dəfə oktyabr ayında qeydə alınan ilin ən aşağı səviyyəsinə gətirib.
Tramp administrasiyasının həftəsonu smartfonlardan dizüstü kompüterlərə və yaddaş çiplərinə qədər bir çox məhsula tətbiq edilən gömrük vergilərinə fasilə verməsi, onun ticarət müharibəsində daha elastik yanaşma sərgiləyəcəyi ümidi yaratmışdı. Lakin Trampın istehlak elektronikasına xüsusi idxal vergisi tətbiq edəcəyi və mikroçipləri milli təhlükəsizlik tarif araşdırmasına daxil edəcəyi ilə bağlı vədi bu rahatlamanın müvəqqəti olduğunu göstərib.
Asiyada ticarət başladığı vaxt sosial mediada paylaşılan bir mesajda belə deyilib: "Heç kim canını qurtara bilmir". Bu paylaşım, ABŞ dollarının dünya valyutaları qarşısında zəiflədiyi bir dövrdə yayılıb.
Dolların davamlı güclənməsi üçün barış razılaşması vacibdir
Norveçin Oslo şəhərində yerləşən "Sparebank 1 Markets AS" şirkətində baş makroiqtisadiyyat və valyuta strateqi olan Deyn Çekov bildirib ki, ABŞ dollarının davamlı şəkildə möhkəmlənməsi üçün, ABŞ iqtisadiyyatına uzunmüddətli zərər verilmədən əvvəl ticarət müharibəsində tez bir barış razılaşması olmalıdır:
"Trampın gömrük tariflərinin təsiri istehlak, inflyasiya və əmək bazarı kimi konkret göstəricilərdə özünü göstərdikcə, ABŞ dolları qarşıdakı aylarda zəifləməyə davam edəcək".
İnvestorların ehtiyatlı mövqeyi davam edir
"Bloomberg"in apardığı sorğuya əsasən, ABŞ aktivlərinə olan təzyiqlər Trampın ötən həftə gömrük tariflərinə yumşaq yanaşmasına baxmayaraq, investorların risklərini azaltmağa davam edəcəklərini gözləmələri səbəbindən əhəmiyyətli şəkildə azalmayıb.
"Əmtəə və Vadeli Əməliyyatlar üzrə Ticarət Komissiyası"nın məlumatına görə, dolların dəyişkənliyini göstərən göstərici son iki ilin ən yüksək səviyyəsində qalıb. Spekulyativ investorlar 8 aprelə qədər olan həftədə, 2024-cü ilin oktyabr ayından bu yana ABŞ valyutasında daha çox "açıq mövqe" tutublar.
FED-in müdaxilə imkanları məhduddur
"Minneapolis Federal Ehtiyat Bankı"nın rəhbəri Nil Kaşkari bazarların sabit qalacağına dair inam ifadə edib. Lakin "Boston Federal Ehtiyat Bankı"nın rəhbərinin bunun yalnız bir ehtimal olduğunu söyləməsi fonunda, Federal Ehtiyat Sisteminin (FED) bazarlara müdaxilə edəcəyi ilə bağlı gözləntilər zəifləyib. Kaşkari bildirib:
"İnvestorlar ABŞ-da yeni normalın nə olduğunu müəyyənləşdirərkən dəyişkənlik qaçılmazdır və FED-in bu prosesə təsir imkanları sıfırdır".
"JPMorgan": Texniki toparlanmalar dəstəklənsə belə qısa ömürlü ola bilər
"JPMorgan Chase & Co."nun strateqləri – o cümlədən Fabio Bassi – müştərilərinə göndərdikləri qeyddə belə bildiriblər:
"Qısa müddətdə gözlənilən aralıq dinamikası ilə risk aktivlərində ehtiyatlı mövqe tuturuq. Hər hansı texniki toparlanma, əgər danışıqlar və FED tərəfindən aydın şəkildə dəstəklənməzsə, qısa müddətli ola bilər".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay