
Azərbaycanda yeni futbol klubu yaradıldı
Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.
"Valyuta.az" xəbər verir ki, "Mərcanlı Futbol Klubu" adlanan bu yeni komanda artıq dövlət qeydiyyatından keçib.
Məlumata əsasən, klubun təşkilati-hüquqi forması MMC-dir və cəmi 20 manat nizamnamə kapitalı ilə yaradılıb. Rəsmi sənədlərə əsasən, "Mərcanlı Futbol Klubu" 2025-ci il fevralın 26-da qeydiyyata alınıb. Yeni klubun qanuni təmsilçisi isə Mehdixanov Müşviq Əlica oğludur.
Maraqlıdır ki, bu klubun yaranması Azərbaycanın futbol tarixində xüsusi yer tutan bir bölgəni – Cəbrayılı yada salır. İşğaldan azad olunmuş Cəbrayıl rayonunun peşəkar futbol yarışlarında yeganə təmsilçisi vaxtilə "Mərcanlı" komandası olub. Bu komanda 1992-ci ildə Birinci Dəstədə çıxış edib. Lakin həmin ildən sonra Azərbaycanın heç bir futbol liqasında Cəbrayılı təmsil edən klub olmayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay