BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69039

Bir sıra regional təhsil idarələrinə yeni müdir müavinləri təyin olunub. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Rahim Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar. 

Aynur Rüstəmova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” ixtisası üzrə bakalavriat, 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Filologiya” ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ilə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2006-2022-ci illərdə Bakı Avropa Liseyi, Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim və təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışır. A.Rüstəmova bir sıra dərslik, metodiki vəsait və ümmumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların həmmüəllifi və müəllifi olub. Həmçinin o, bir çox layihələrdə iştirak edib, 2009-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

Rahim Novruzov 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2006-cı illərdə Qobustan Rayon Təhsil Şöbəsində metodist, 2006-2022-ci illərdə müxtəlif ümumtəhsil məktəblərində müəllim, direktor, 2022-2024-cü illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri vəzifələrində çalışıb.  2024-cü ildən həmin idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

Hüseyn Hüseynov 2005-2009-cu illərdə Lənkəran Dövlət Universitetində “Gömrük işinin təşkili" ixtisası üzrə bakalavr, 2011-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar şəhər Məktəb-Lisey Kompleksində baş mütəxəssis olaraq başlayıb. 2019-2023-cü illərdə AR Elm və Təhsil Nazirliyində müvafiq vəzifələrdə çalışıb. 2023-cü ildən isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

Hafiz Pənahov 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetində Coğrafiya ixtisası üzrə bakalavr, 2022-2024-cü illərdə ADA Universitetinin “Menecment” (Təhsilin təşkili və idarəolunması) ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2005-ci ildə Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2015-2022-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsində metodist, müdir müavini vəzifələrində çalışıb. 2022-2024-cü illərdə Qazax-Tovuz Regional Təhsil İdarəsində, daha sonra  Lənkəran-Astara Regional Təhsil İdarəsində baş məsləhətçi olaraq fəaliyyət göstərib. Hazırda Lənkəran-Astara RTİ-də Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışır. H.Pənahov təhsil sahəsi üzrə bir çox layihə, seminar və təlimlərdə iştirak edib, 2013-2014-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan edilib.

modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin