
Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb
2025-ci ilin fevral ayında Azərbaycandan İrlandiyaya 177 min 101.9 ton neft ixrac olunub.
Valyuta.Az xəbər verir ki, bu cari ilin ilk ayı ilə müqayisədə təxminən 7 dəfə daha çoxdu. Qeyd edək ki, yanvar ayında Azərbaycandan İrlandiyaya 25 min 316.45 ton neft ixrac olunub.
Bununla da bu ilin yanvar-fevral aylarında İrlandiyaya nəql olunan Azərbyacan neftinin miqdarı 202 min 418.35 tona yüksəlib.
Yanvar-fevral aylarında İrlandiyaya nəql olunan neftdən əldə olunan gəlir isə 109 mln. 164.73 min dollar olub. Bunun da 12 mln. 426.28 min dolları yanvar ayında həyata keçirilən satışdan əldə olunan gəlir olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 12 ölkəyə toplamda 4 mln. 778 min. 403.96 ton neft nəql olub. Əldə olunan gəlir isə 2 mlrd. 672 mln. 800.77 min dollar olub. 2024-cü ilin eyni dövründə isə Azərbaycanın neft ixracından əldə etdiyi gəlir 2 mlrd. 826 mln. 58.64 min dollar olub.
Məlumat üçün onu da əlavə edək ki, əvvəlki ilin ilk iki ayında Azərbaycandan İrlandiyaya neft nəqli həyata keçirilməyib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay