
200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi
Ağdaş rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi ilə ATF MMC seçilib.
Valyuta.Az xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 397.547,43 AZN-dir.
Məlumata əsasən, alacağı məvacib qarşılığında "ATF" MMC Ağdaş şəhər İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində əsaslı təmir işləri aparacaq.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanununun 6.2.5-ci maddəsinə əsasən, vergi və digər icbari ödənişlər üzrə gecikmiş borcu olan şirkətlər tender prosesində iştirak edə bilməzlər.
"ATF" MMC tender kralı kimi tanınır. Əsasən Şirvan zonasında yerləşən rayon və şəhərlərin yerli qurumlarının keçirdikləri tenderlərin qalibi olur.
Mediada gedən məlumatlara görə, "ATF” MMC 2010-cu ildə 3,4 milyon, 2011-ci ildə 5,23 milyon, 2012-ci ildə 12,22 milyon, 2013-cü ildə 17,72 milyon, 2014-cü ildə 9,13 milyon, 2015-ci ildə 13,5 milyon, 2016-cı ildə 2,43 milyon, 2017-ci ildə 3,75 milyon, 2018-ci ildə 3,15 milyon, 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqəsinin "qalibi” olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir.
MMC indiyə qədər dəfələrlə Balakən, Ağsu, Qəbələ, Göyçay, İsmayıllı və Oğuz İcra Hakimiyyətləri tərəfindən elan edilən tenderlərin qalibi seçilib.
"ATF" MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, "ATF" şirkəti dövlətə 361 000 manat ziyan vurub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay